Azərbaycan hökuməti 2019-cu ildə növbəti bələdiyyə seçkilərinin keçirilməsi üçün 53,9 mln. manat (cari məzənnə ilə $31,7 mln.) ayıracaq. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
«Bu vəsaitlər gələn ilin dövlət büdcəsində nəzərdə tutulub», - deyə məlumatda bildirilir.
Bundan başqa, büdcə materiallarına əsasən, 2019-cu ildə keçirilməsi nəzərdə tutulan əhalinin sıyahıyaalınmasının maliyyələşdirilməsi üçün dövlət büdcəsindən 23,2 mln. manat ($13,6 mln.) məbləğində vəsaitin ayrılması nəzərdə tutulub.
Azərbaycanda növbəti bələdiyyə seçkilərinin 2019-cu ilin dekabr ayında keçirilməsi planlaşdırılır.
Əhalinin növbəti siyahıyaalınması 1-10 oktyabr 2019-cu il tarixlərində keçiriləcək.
Sonuncu dəfə Azərbaycanda əhalinin siyahıyaalınması 2009-cu ilin aprel ayında keçirilib. Siyahıyaalınmanın nəticələrinə əsasən, ölkədə 8,922 mln. nəfər yaşayır. Bundan başqa, müəyyən edilib ki, əhalinin 54%-i və ya 4,818 mln. nəfər şəhərlərdə, 46%-i və ya 4,104 mln. nəfər isə kəndlərdə yaşayır.*
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət