Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan-Belarus əməkdaşlığının bütün istiqamətləri üzrə konkret nəticələrin olduğunu qeyd edir. Bu barədə BELTA agentliyi xəbər verir.
"Münasibətlərimiz məhz onunla fərqlənir ki, biz razılığa gəldiyimiz bütün məsələləri yerinə yetiririk.Biz bütün beynəlxalq qurumlarda bir-birimizi dəstəkləyirik, əməkdaşlıq edirik, ticari-iqtisadi əlaqələrimiz möhkəmlənir.Sənaye kooperasiyası çox fəal inkişaf edir. Hərbi-texniki, mədəniyyət, təhsil sahələrində əməkdaşlığın da yaxşı tarixi var. Yəni, biz bütün istiqamətlərdə müsbət, yaxşı əhval-ruhiyyə, konkret nəticələr görürük", - deyə İ.Əliyev bildirib.
Dövlət başçısı etiraf edib ki, yenidən Belarusda olmağına çox şaddır. Onun sözlərinə görə, müntəzəm surətdə və yüksək səviyyədə həyata keçirilən qarşılıqlı səfərlər ümumi tarixə malik olan Belarus və Azərbaycan arasında yaxın dostluq əlaqələrinin göstəricisidir.
İ.Əliyev əmindir ki, onun bu rəsmi səfəri ötən dövr ərzində həm görülmüş işləri müzakirə və təhlil etmək, onlara müəyyən yekun vurmaq, həm də gələcək əməkdaşlıq, yaxınlaşma yollarını müəyyən etmək üçün bir imkandır. "Əminəm ki, bu gün biz mühüm qərarlar qəbul edəcəyik", - deyə o bildirib.
İ.Əliyev Aleksandr Lukaşenkonu Azərbaycana rəsmi səfərə dəvət edib.
Öz növbəsində, A.Lukaşenko qeyd edib ki, İ.Əliyevin Belarusa səfəri gələcəkdə ikitərəfli münasibətlərin möhkəmlənməsiistiqamətində yeni addımdır.
"Belarus sizi gözləyirdi. Rəsmi səfər barədə məlumat çox idi. Bildiyiniz kimi, bunun üçün müxtəlif səbəblər vardı. Bəzən feyk xəbərlər də olurdu. Hərçənd, bu da bir nəticədir. Hətta həqiqətə uyğun olmayan müəyyən mənfi informasiya da bəzən müsbət nəticə verir. Buna görə də Sizin səfərinizə səmimi maraq vardı. Biz bunu çoxdan gözləyirdik. Azərbaycan haqqında çox danışırdılar", - deyə Belarus prezidenti vurğulayıb.
A.Lukaşenko ticarət-iqtisadi münasibətlərin dinamik inkişafını diqqətə çatdırıb. Belə ki, təkcə son bir ildə Belarus ilə Azərbaycan arasında ticarətin həcmi təqribən 3,5 dəfə artıb.*
F.İsazadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət