Beynəlxalq arenada uğurla əməkdaşlıq edən Bakı və Aşqabad aktual regional və qlobal məsələlərlə bağlı bənzər mövqe nümayiş etdirir. Bunu Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov deyib.
Türkmənistan prezidentinin saytında verilən məlumata görə, Aşqabadda Azərbaycan prezidenti İlham Əliyevin Q.Berdiməhəmmədovla təkbətək görüşü keçirilib.
"Türkmənistan lideri əminliyini ifadə edib ki, möhkəm təmələ əsaslanan və böyük potensiala malik olan Azərbaycan-Türkmənistan əməkdaşlığı ümumi rifah naminə fəal şəkildə inkişaf etdiriləcək", - deyə məlumatda bildirilir.
İ.Əliyev, öz növbəsində, qeyd edib ki, Bakı və Aşqabad arasında ikitərəfli tərəfdaşlıq geniş imkanlara malikdir və onların reallaşdırılması hər iki qardaş xalqın maraqlarına cavab verir.
"Prezident İ.Əliyev vurğulayıb ki, onun səfəri dövlətlərarası məhsuldar qarşılıqlı fəaliyyətin gələcəkdə bütün istiqamətlər üzrə daha da möhkəmlənməsinə yönəlib. O, ölkələrimiz arasında həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın bundan sonra da yüksələn xətlə inkişaf edəcəyindən əminlik ifadə edib", - deyə məlumatda vurğulanır.
Dövlət başçıları, həmçinin qarşılıqlı maraq doğuran aktual regional və beynəlxalq məsələlərlə bağlı fikir mübadiləsi aparıblar.*
F.İsazadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət