Azərbaycan və Avropa İttifaqı (Aİ) 2019-cu ilin may ayına qədər strateji tərəfdaşlığa dair yeni saziş layihəsini razılaşdırmaq niyyətindədir. Bunu Avropa İttifaqının (Aİ) Bakıdakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas deyib.
“Gələn ilin may ayında Şərq Tərəfdaşlığı Proqramının 10 illiyi qeyd olunacaq. Bu zamana qədər Azərbaycanla strateji tərəfdaşlığa dair sazişin mətnini razılaşdırmağa ümid edirik”, - K.Yankauskas bu gün jurnalistlərə bildirib.
Onun sözlərinə görə, 2019-cu il yanvarın sonunda Brüsseldə sazişin siyasət və təhlükəsizlik blokuna dair danışıqların növbəti raundu keçiriləcək. “İntensiv danışqlar aparılır, (dekabrın əvvəlində - İF) Bakıda keçirilən ticarət məsələləri üzrə bloka dair yaxşı nəticələr əldə etmişik”, - o əlavə edib.
Xəbər verildiyi kimi, Aİ Xarici İşlər Nazirləri Şurası 14 noyabr 2016-cı il tarixində Azərbaycanla saziş üzrə danışıqların aparılması üçün Avropa Komissiyası və Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsinə mandat verib. Yeni saziş 1996-cı il tarixli tərəfdaşlıq və əməkdaşlıq haqqında sazişi əvəz edəcək.
Yeni sazişlə bağlı danışıqlara 2017-ci il fevralın 7-də başlanılıb.
11 iyul 2018-ci il tarixində Avropa İttifaqı-Azərbaycan Tərəfdaşlıq Prioritetləri Sənədi imzalanıb.
Avropa Komissiyasının büdcə və insan resursları üzrə komissarı Günter Ottinger deyib ki, Brüssel və Bakı 2019-cu ildə strateji tərəfdaşlığa dair sazişin imzalanmasına ümid edir. **
F.İsazadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azər Türk Bankda sərfəli kredit kampaniyası davam edir
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət