Belarus prezidenti Aleksand Lukaşenko cümə günü Rusiya mətbuatının nümayəndələri ilə görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiya və Belarusun iştirakına dair təklifləri barədə söz açıb.
A.Lukaşenko qeyd edib ki, bu məsələ Serj Sarkisyan Ermənistanın prezidenti olduğu dövrdə KTMT-nin sammitlərinin birində İrəvanda müzakirə olunub. Bu barədə BELTA agentliyi məlumat yayıb.
Belarus lideri Azərbaycan və Ermənistan prezidentlərini kompromis qərarlar qəbul edərək bu problemin birgə həllinə çağırıb. Eyni zamanda, Belarus və Rusiya birgə mövqe tutaraq, müəyyən zəmanətlərin təminatı məqsədilə hərbi kontingenti daxil etməyə söz veriblər.
“Sonra açıq şəkildə dedim: onların dediyi kimi, 7 rayon işğal olunub. Biz Putin ilə birgə mövqedən çıxış etdik (bu İrəvanda KTMT-nin sammitində baş verib ): Serj, həmin 5 rayonu qaytar, Onları qaytarmamağın səbəbi nədir, orada heç kim yaşamır. O dedi: əgər qaytararsam, onlar yolu kəsəcəklər, Qarabağı işğal edəcəklər və s. Biz Putin ilə dəqiq söz verdik ki, ora qoşunlar daxil edəcəyik, buna imkan verməyəcəyik (bu söhbətdə azərbaycanlılar iştirak edib). O dedi: yox, biz buna getməyəcəyik, biz bunu istəmirik”, - A.Lukaşenko bildirib.
Onun sözlərinə görə, S.Sarkisyanın bu cür mövqeyi onda təəccüb doğurub. “Nə üçün istəmirlər? 5 rayon boş qalıb. Bu ilk addımdır. Sonra həm Azərbaycan, həm Ermənistan KTMT-də, Avrasiya İqtisadi Birliyinə üzv olardı. Bu, Azərbaycanın həmin təşkilatlara üzv olması üçün şərt olub. Niyə ermənilər imtina etdilər? Yaxşı, Belarusu qoyaq kənara, ancaq Rusiya, Azərbaycann olduğunu təsdiq etdiyini həmin rayonlar azad olunarsa, orada heç zaman müharibənin olmamasının qarantı kimi çıxış edib. Bunun Qarabağa aidiyyatı yoxdur”, - Belarus prezidenti əlavə edib.
O, həmçinin xarici sərmayələrin cəlb olunması üçün mühüm amil kimi sülh yolu ilə həllin vacibliyini vurğulayıb.
A.Lukaşenko ilk dəfə baş tutmayan daha bir layihə barədə söz açıb. Onun sözlərinə görə, söhbət Azərbaycandan Gürcüstana boru kəmərinin çəkilməsindən gedib. Belarus lideri bu məsələ ilə bağlı həmin ölkələrin rəhbərliyi ilə danışıqlar aparıb: “Onlar boru kəməri çəkirdilər. Zənnimcə, qaz kəməri. Həmin kəmər Ermənistandan yan keçdi” .
A.Lukaşenko qeyd edib ki, həmin dövrdə o, Azərbaycan prezidenti İlham Əliyevlə danışıqlar aparıb ki, tranzitin Ermənistan vasitəsilə təşkili mövzusuna dair prezident Sej Sarkisyanla söhbət etsin, bu hər iki tərəf üçün faydalı olardı. “Lakin, ermənilər bir daha imtina etdilər. Hər halda bir zamanlar bu sülh ilə nəticələnəcək”, - A.Lukaşenko bildirib. **
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət