Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti yeni inşa edilmiş Pilotsuz Uçuş Aparatları Mütəxəssislərinin Təlim-Tədris Mərkəzinin açılışında iştirak ediblər.
Z.Həsənova məruzə olunub ki, mərkəzin əsas məqsədi Azərbaycan Ordusunun arsenalında olan müxtəlif növ pilotsuz uçuş aparatları (PUA) üzrə yüksək peşəkar kadrların hazırlanmasıdır.
Qeyd edilib ki, tədris mərkəzində quraşdırılan ən müasir avadanlıqlar və trenajorlar, həmçinin keçirilən nəzəri və praktiki məşqlər tədris prosesinin yüksək keyfiyyətlə aparılmasına, müxtəlif əməliyyat, taktiki və meteoroloji şəraitdə PUA-ların funksional sistemlərinin təmin edilməsi və PUA heyətlərinin döyüş tapşırıqlarının vaxtında və yüksək dəqiqliklə yerinə yetirilməsi vərdişlərinin təkmilləşdirməsinə imkan verir.
Bundan əlavə, mərkəz elmi-texniki işin aparılmasını, bu istiqamətdə qabaqcıl təcrübələrin öyrənilməsini və yeni PUA sistemlərinin sınaq yoxlamalarının keçirilməsini də təmin edir.
Nazirliyinin rəhbərliyi mərkəzin mühəndislər, operator-pilotlar, uçuşların təhlili, simulyator, eləcə də digər xidməti və inzibati otaqları ilə tanış olub.
Mərkəzin anqarında saxlanılan yerli istehsal olan müxtəlif təyinatlı PUA-lara və ərazidə quraşdırılmış çoxməqsədli stansiyaya baxış keçirən Müdafiə nazirinə onların taktiki-texniki xassələri və tətbiqi imkanları barədə məruzə olunub.
Sonra müdafiə naziri mərkəzin maddi-texniki və tədris bazasının genişləndirilməsi ilə bağlı komandanlıq qarşısında müvafiq tapşırıqlar qoyub. **
F.İsazadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət