Rəsmi Bakı Ermənistanı sülhün əleyhinə çıxış etmək və aqressiv ritorika ilə danışıqlar prosesini pozmaq əvəzinə, öz xalqını sülhə hazırlamağa çağırır.
“Sülhün əleyhinə çıxış etmək və aqressiv ritorika ilə danışıqlar prosesini pozmaq əvəzinə, Ermənistan rəhbərliyi öz xalqını sülhə və qonşu dövlətlərlə mehriban münasibətlərə hazırlamalıdır”, – deyə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev AZƏRTAC-a məxsusi müsahibəsində bildirib.
O qeyd edib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin intensiv və nəticəyönümlü danışıqlar yolu ilə həlli üçün Azərbaycanın beynəlxalq ictimaiyyətlə birlikdə atdığı konstruktiv addımlarına baxmayaraq, son dövrlərdə Ermənistan tərəfindən müxtəlif rəsmi səviyyələrdə verilən açıqlamalar heç bir halda danışıqlar prosesinin irəli aparılmasına xidmət etmir.
“Ermənistan baş nazirinin mətbuat katibinin və digər Ermənistan rəsmilərinin Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin nümayəndələrinin danışıqlarda iştirakı barədə iddiaları danışıqlar prosesini iflic etmək cəhdlərindən başqa bir şey deyil”, - deyə H.Hacıyev vurğulayıb.
Şöbə müdiri qeyd edib ki, sülh ifadəsinə qarşı çıxış etmək Ermənistanın “münaqişənin məxsusi olaraq sülh yolu ilə həll edilməsi” barədə açıqlamalarının yalnız deklarativ xarakter daşıdığını, Ermənistan əsl məqsədinin regionda dayanıqlı sülhün təmin edilməsi deyil, hərbi işğala əsaslanan status-kvonu saxlamaq olduğunu açıq şəkildə nümayiş etdirir.
“Ermənistan baş nazirinin mətbuat katibi bir məqamı düzgün qeyd edir ki, Dağlıq Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır. Azərbaycan Respublikasının Dağlıq Qarabağda yaşayan erməni əsilli vətəndaşları ilə dialoq və təmaslarına maneə olan hal isə Ermənistanın işğalçılıq siyasəti və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni mövcudluğudur”, - deyə H.Hacıyev bildirib.
O vurğulayıb ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının çağırışlarına baxmayaraq, Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmaları arasında belə dialoqun yaranmasına və sülh şəraitində gələcək birgəyaşayışın müzakirə edilməsinə imkan vermir. Ona görə də ilkin və ən vacib addım kimi, BMT Təhlükəsizlik Şurasının müvafiq dörd qətnaməsinin tələblərinə uyğun olaraq Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalıdır.
H.Hacıyevin fikrincə, hərbi işğalı davam etdirmək Ermənistanın siyasi, iqtisadi və demoqrafik resurslarını tükətməklə yanaşı, kiçik daxili bazara malik olan Ermənistanı real regional əməkdaşlıq imkanlarından, investisiyalardan və dayanıqlı inkişafdan məhrum edir.
“Hələ də ümidvar olmaq istərdik ki, Ermənistanın yeni rəhbərliyi Köçəryan-Sarkisyan kriminal xuntasının səhvlərini təkrar etməyəcək, siyasi və iqtisadi praqmatizm nümayiş etdirərək münaqişənin həlli istiqamətində ciddi addımlar atacaq, işğalçılıq siyasətinə son qoyaraq regional sülh və çiçəklənmə yolunu seçəcək”, - deyə şöbə müdiri əlavə edib.*
F.İsazadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət