Slovakiyanın XİN başçısı, ATƏT-in fəaliyyətdə olan sədri Miroslav Layçak məlumat verib ki, martda Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini müzakirə etmək məqsədilə İrəvan və Bakıya səfər edəcək.
“Mart ayının birinci yarısında məhz bu məsələnin (Dağliq Qarabağ münaqişəsinin həlli) müzakirəsi üçün Bakı və İrəvana səfər etmək niyyətindəyəm. Ermənistan və Azərbaycandan dəvət almışam”, - M.Layçak bu gün Rusiya XİN başçısı Sergey Lavrov ilə danışıqların yekunları üzrə brifinqdə bildirib.
O qeyd edib ki, Slovakiya Dağliq Qarabağ münaqişəsinin həlli üzrə “ATƏT-in Minsk qrupunun həmsədrlərini tam dəstəkləyir” .
M.Layçakın sözlərinə görə, Ermənistanda seçkilərdən sonra yeni vəziyyət yaranıb – “çox güclü mandat əldə edən hökumət formalaşıb və bununla əlaqədar hansısa gözləntilər var”.
“Bizim məqsədimiz bu vəziyyəti istifadə etmək məqsədilə Minsk prosesinin həmsədrlərinə kömək etməkdir”, - slovakiyalı diplomat vurğulayıb.
Öz növbəsində, Sergey Lavrov qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli Minsk prosesinin Rusiya, Fransa və ABŞ-dan olan həmsədrləri ATƏT ilə sıx əlaqədə çalışırlar.
“Onlar artıq Ermənistan və Azərbaycan liderləri, xarici işlər nazirləri ilə görüşüblə, yeni əlaqələr hazırlanır. Ermənistnada bu yaxınlarda yeni hökumətin formalaşmasını nəzərə alaraq, sözsüz ki, hazırki mərhələdə həll prosesini nə dərcədə intensiv, dərin inkişaf etdirməyin mümkün olduğunu anlamaq üçün əlavə zaman tələb olunur”, - S.Lavrov bildirib.
Eyni zamanda o bəyan edib ki, həm Minsk prosesinin həmsədrləri, həm ATƏT “dialoqun baş tutması üçün yalnız imkan yarada bilərlər, əlbəttə ki, qərarlar birbaşa söhbət, tərəflər arasında birbaşa danışıqlar zamanı qəbul edilməlidir”. **
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət