Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində xarici şirkətlərin qeyri-qanuni fəaliyyətini aktiv şəkildə dəstəkləyir. Bunu iqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov deyib.
"Ermənistanın dövlət qurumları qanunsuz fəaliyyəti fəal şəkildə dəstəkləyir, istehsal, ixrac və ticarəti açıq şəkildə təşviq edir. Bu şirkətlərin bir hissəsi Ermənistanda qeydiyyatdan keçib, qalanları isə ofşor şirkətlərdir", - deyə R.Məmmədov bu gün Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz iqtisadi fəaliyyətin qarşısının alınmasına həsr olunmuş beynəlxalq konfransda bildirib.
Onun sözlərinə görə, xarici şirkətlər qanunsuz olaraq lisenziyalar alır və ixrac fəaliyyəti həyata keçirir. "Onlar bu addımları ilə təbiətə, ətraf mühitə mənfi təsir göstərir. Heç bir ölkə bu fəaliyyəti qanuni hesab etməməli, ona dəstək verməməlidir. Beynəlxalq hüquqda qanunsuz fəaliyyət cinayət sayılır və bu şirkətlər məsuliyyətə cəlb olunmalıdır", - deyə nazir müavini qeyd edib.*
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət