İran prezidenti Həsən Ruhani regionun inkişafı üçün Astara-Rəşt-Qəzvin dəmir yolunun əhəmiyyətini qeyd edir. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşdə birgə layihələrin icra olunduğunu və Qəzvin-Rəşt dəmir yolunun istismara verildiyini qeyd edən İran prezidenti bildirib ki, Rəşt-Astara dəmir yolu layihəsi də region və iki xalqın mənafeyi üçün önəmli bir addımdır”, - deyə məlumatda vurğulanır.
Tehranla Bakı arasında əlaqələrin daha da inkişaf etdirilməsinin zəruriliyini vurğulayan İran prezidenti iki ölkənin su bəndi və elektrik stansiyasının tikintisi, eləcə də enerji sahəsində əməkdaşlığını əhəmiyyətli adlandırıb və bu sahədə əldə olunan razılıqların icrası üçün səylərin artırılmasını istəyib.
H.Ruhani deyib ki, İran və Azərbaycan regional və beynəlxalq məsələlərdə həmişə sülhün, sabitliyin və hüquqların qorunması prinsipinə sədaqət nümayiş etdirir.
İran prezidenti Azərbaycan, İran və Rusiyanın üçtərəfli əməkdaşlığının inkişaf etdirilməsinin də zəruriliyini qeyd edib. O, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh və diplomatik danışıqlar yolu ilə Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı çərçivəsində həllini dəstəklədiklərini vurğulayıb.
E.Məmmədyarov bildirib ki, Tehranla Bakı arasında siyasi, iqtisadi, mədəni və ictimai əlaqələrin inkişafında heç bir maneə yoxdur.
“XİN başçısı Rəşt-Astara dəmir yolunun əhəmiyyətini qeyd edərək vurğulayıb ki, bu layihənin icrası ilə Rusiya, Azərbaycan və İranın dəmir yolları birləşəcək, İran Gürcüstan vasitəsilə Qara dənizə yol əldə edəcək», - deyə məlumatda bildirilir.
E.Məmmədyarov prezident İlham Əliyevin bu ilin 21-26 oktyabr tarixlərində Bakıda keçiriləcək Qoşulmama Hərəkatının dövlət və hökumət başçılarının zirvə görüşünə dəvət məktubunu İran prezidentinə təqdim edib. H.Ruhani tədbirdə iştirakı qəbul edib.*
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət