Azərbaycan Belarusun “Aqat İdarəetmə Sistemləri” şirkətinin istehsalı olan 7A0917 “Lektor” daşınan artilleriya atəş idarəetmə kompleksi alıb. Bu barədəAzeriDefence saytı məlumat verir.
“Silahlanmaya (Azrbayacan Ordusunun - İF) yeni qəbul edilmiş kompleks mart ayının ortalarında keçirilmiş hərbi təlimdə (genişmiqyaslı - İF) istifadə olunub”, - nəşr qeyd edir.
Batareya komandiri üçün nəzərdə tutulan kompleksin tərkibinə radiostansiya,”Kaponir” elektro-optik müşahidə sistemi, VM2307 markalı tablet, batareyanın baş zabitinin texniki vasitələrinin tərkibinə radiostansiya, GMX500 meteostansiyası və VM2307-in tableti, top komandirləri üçün VM2306 əl tableti, radiostansiya və silahı tənzimləmə üçün alətlər daxildir.
Texniki vasitələr artilleriya batareyasının idarə edilməsi və atış hazırlığı ilə bağlı bütün məsələləri həll etməyə imkan verir.
“Lektor” kompleksi ilk dəfə fevral ayında Abu Dabidə keçirilmiş İDEX-2019 sərgisində nümayiş etdirilib. İstehsalçının məlumatına görə, kompleksin sınaqları tamamlanıb. **
F.İsazadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azər Türk Bankda sərfəli kredit kampaniyası davam edir
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət