Rusiyalı tarixçi və hüquqşünas Oleq Kuznetsov Azərbaycanın “Region Plus” jurnalında çeçenlərin Çeçenistandan deportasiyasından sonra ermənilərin orada məskunlaşmaq və Şimali Qafqazda RSFSR-in tərkibində öz muxtariyyətini yaratmaqla bağlı planları haqqında məqalə dərc edib. Məqalə Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin arxivindəki 1948-ci il tarixli məxfilikdən çıxarılmış iş əsasında ərsəyə gəlib.
"Azərbaycanın dövlət təhlükəsizlik naziri general-mayor S.F.Yemelyanovun adına ünvanlanan 23 iyul 1948-ci il tarixli 720 saylı xüsusi məlumatda Azərbaycan SSR Dövlət Təhlükəsizlik Nazirliyinin Şamxor rayon şöbəsinin rəisi baş leytenant Y.Nurov Bakıya aşağıdakı məlumatları verib", - deyə yazan tarixçi məxfilikdən çıxarılmış sənədin məzmununu təqdim edir.
Sovet hakimiyyətinin müharibədən sonrakı qərarlarına istinad edən müəllif qeyd edir ki, bu hadisənin başlanğıcı xaricdəki ermənilərin Sovet Ermənistanına "repatriasiya"sı proqramının tətbiq olunduğu 1945-48-ci illərə təsadüf edir. Bu, öz növbəsində, azərbaycanlıların Ermənistan SSR-dən Azərbaycan SSR-yə deportasiyasına səbəb oldu. Nəticədə Azərbaycanın Şamxor rayonunda erməni kolxozçular deportasiya edilmiş azərbaycanlıların onların kəndlərində məskunlaşmasından narazı olduqları üçün kütləvi surətdə Çeçenistana köçməklə bağlı planlar qurmağa başladılar.
Təşviqatçılar şayiə yayırdılar ki,guyaazərbaycanlı köçkünlər erməniləri kolxozdan qovacaqlar. Məxfilikdən çıxarılmış sənədə əsasən, onlar erməni əhalini Qroznı vilayətinə köçərək əsaslı şəkildə orada məskən salmağa və həyatlarını sərbəst və azad bir mühitdə qurmağa təşviq edirdilər. Şayiələrə görə burada köçkünlərə ehtiyac var və buna görə də çox gözəl şərait yaradırlar.
Nəticədə 1948-ci ildə Azərbaycanın demək olar ki, bütün erməni əhalisi Çeçenistana kütləvi köçmə ideyası ilə əhatə olunmuşdu. “Təbii ki, erməni kolxozçular kənardan yardım olmadan Böyük Qafqaz dağlarının digər tərəfində baş verən hadisələrdən xəbərdar ola bilməzdilər, kimsə bu haqda onları məlumatlandırmalı idi ... Bu ideya 1940-cı illərin sonunda Azərbaycanda yaşayan ermənilər arasında məqsədyönlü şəkildə yayılmışdı”, - deyə O. Kuznetsov qeyd edir.
O bildirir ki, statistikaya görə, əgər 1897-ci ildə Rusiya imperiyasının Qroznı dairəsində əhalinin 0,2%-ni təşkil edən 339 erməni yaşayırdısa, 1959-cu ildə bu regionun erməni icmasının üzvlərinin sayı 12 136 nəfərə çatıb ki, bu da muxtar respublikanın ümumi əhalisinin 2%-ni təşkil edirdi. Beləliklə, təbii ölümlər, faşist bombardmanları, müharibə dövründə epidemiyalar və digər hadisələr nəzərə alınmadan əsasən Azərbaycandan olan ən azı 4 min erməni çeçenlərin müvəqqəti deportasiyasından istifadə edərək məqsədyönlü şəkildə Çeçenistana köçmüşdür.
“Bu hadisə bir daha göstərir ki, ərazi ekspansiyası, Qafqazın yerli xalqlarının otlaq və qəbiristanlıqlarının ələ keçirilməsi cəhdi bölgənin erməni əhalisinə həmişə xas olub. Üstəlik, bu fəallıq yerli xalqların dözümlülüyünün kənardan zərbələrə məruz qaldığı, həyat qabiliyyətlərinin isə xarici təhdid altında olduğu sosial kataklizm və sarsıntılar zamanı özünü son dərəcə yüksək səviyyədə büruzə verirdi. Tarixin dərslərini unutmamaq buna görə vacibdir”, - deyə O. Kuznetsov vurğulayıb.*
A.Əzizov
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət