Rusiya Qarabağ münaqişəsinin həlli üçün mümkün olanı edir. Bunu Rusiya Federasiya Şurasının sədri Valentina Matvienko deyib.
“Dağlıq Qarabağ nizamlanmasına gəlincə isə, Rusiyanın mövqeyi sizə məlumdur – biz bu problemin sülh yolu ilə həlli üçün mümkün bütün səyləri həyata keçiririk, çünki digər həll yolu yoxdur”, - V.Matvienko Azərbaycan Milli Məclisin spikeri Oqtay Əsədovla Bakıda keçirlən görüşdə bildirib.
O xatırladıb ki, aprelin 2-də Rusiya və Azərbaycan prezidentləri arasında telefon söhbəti zamanı həmçinin ATƏT-in Minsk qrupu formatında Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllinə gələcəkdə də Moskvanın köməklik etməyə hazır olduğu bildirildi.
“Yaxın zamanda, fikrimcə, aprelin 15-də Moskvada Azərbaycan, Ermənistan və Rusiya XİN başçılarının görüşü baş tutacaq. Düşünürəm ki, addım-addım biz güzəştlər əldə edə, irəliləyə və həll yolu tapa biləcəyik. Sizi inandırıram ki, Rusiya bu problemə diqqətini azaltmayacaq”, - o qeyd edib.
Öz növbəsində, O.Əsədov Dağlıq Qarabağ probleminin həlli məsələsində səylərinə görə Rusiya tərəfinə minnətdarlığını bildirib. **
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azər Türk Bankda sərfəli kredit kampaniyası davam edir
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət