Prezident İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Pasxa bayramı münasibətilə təbrik edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
“Sizi – Azərbaycanın bütün xristian icmasını müqəddəs Pasxa bayramı münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinizə cansağlığı, xoşbəxtlik və əmin-amanlıq arzularımı yetirirəm.
Yüz illər boyu Azərbaycanda müxtəlif dinlərin və xalqların nümayəndələrinin sülh, qarşılıqlı hörmət və etimad şəraitində yaşaması müasir dünyada ölkəmizi nümunəvi tolerantlıq məkanı və multikulturalizm mərkəzlərindən biri kimi tanıtmışdır. Etnik-dini müxtəlifliyin və multikultural ənənələrin qorunub saxlanılması və təşviqi dövlət siyasətimizin prioritet istiqamətlərindən biridir. Azərbaycanın bu sahədə zəngin təcrübəsi açıq şəkildə göstərir ki, multikulturalizm cəmiyyətdə həmrəyliyi, harmoniyanı və qarşılıqlı anlaşmanı gücləndirməyin yeganə yoludur.
Məmnuniyyət hissi ilə qeyd etmək istəyirəm ki, bu gün cəmiyyətimizin ayrılmaz hissəsi olan xristian icması digər dini etiqadların mənsubları ilə birgə respublikamızın tərəqqisi naminə həyata keçirilən böyük quruculuq işlərində, ictimai-siyasi və sosial-mədəni həyatımızın bütün sahələrində yaxından iştirak edir. Əminəm ki, xristian həmvətənlərimiz bundan sonra da ümumi evimiz olan Azərbaycanın daha da güclənməsi naminə səylərini əsirgəməyəcəklər”, - deyə təbrik məktubunda bildirilir.*
F.İsazadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət