Azərbaycan və Braziliya arasında müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığa dair 10-dan artıq sazişin imzalanması üzərində iş aparılır. Parlamentin mətbuat xidmətinin məlumatına görə, bunu Milli Məclisin spikeri Oqtay Əsədov deyib.
“Azərbaycan və Braziliya arasında müqavilə-hüquqi baza müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığa dair 7 sazişdən ibarətdir. Hazırda 11 sənəd üzərində iş davam etdirilir”, - O.Əsədov Braziliya Federativ Respublikası Deputatlar Palatasının sədri Rodriqo Maya ilə görüş zamanı bildirib.
Qeyd olunub ki, 2018-ci ilin yekunları üzrə Azərbaycanla Braziliya arasında ticarət dövriyyəsinin həcmi 171 mln. ABŞ dolları həcmində olub.
O.Əsədov bildirib ki, bu göstərici bizi qane edə bilməz. Birgə səyləri artıraraq, bu rəqəmi qat-qat yüksəldə bilərik. Bu baxımdan, qarşılıqlı biznes-forumların keçirilməsi, Hökumətlərarası Komissiyanın fəaliyyətinin canlandırılması məqsədəuyğundur.
“Braziliyanın yüngül, yeyinti sənayesi, kənd təsərrüfatı, turizm sahələrində böyük təcrübəsi var. Biz bu istiqamətlərdə qarşılıqlı əməkdaşlıq imkanlarının araşdırılmasını məqsədəuyğun hesab edirik”, - spiker vurğulayıb.
O.Əsədov Dağlıq Qarabağ münaqişəsinin həlli çərçivəsində Baziliyanın Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsinə, problemin beynəlxalq hüquq normaları çərçivəsində ədalətli həlli üçün tutduğu mövqeyə görə minnətdarlığını ifadə etdi.
“Braziliya energetika və kənd təsərrüfatı sahəsində Azərbaycanla daha sıx əməkdaşlıq etmək niyyətindədir”, - R.Maya deyib.
O bildirdi ki, təkcə siyasi, iqtisadi deyil, mədəni-humanitar sahələrdə də əməkdaşlığın dərinləşməsi üçün geniş imkanlar var.
Görüşün sonunda O.Əsədov Braziliya R.Mayaya iki ölkə arasında parlamentlərarası əlaqələrin və ikitərəfli əməkdaşlığın inkişafında göstərdiyi xidmətlərə görə “Azərbaycan Respublikası Milli Məclisinin “Parlament Medalı”nı təqdim etdi. **
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azər Türk Bankda sərfəli kredit kampaniyası davam edir
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət