Prezident İlham Əliyev Çinlə iqtisadi-ticarət sahəsində əməkdaşlığın yaxşı perspektivlərə malik olduğunu qeyd edir. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
İ.Əliyev bu gün Çin Xalq Respublikasının xarici işlər naziri Van Yinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
“Prezident vurğulayıb ki, Azərbaycan Çini daim onun üçün vacib olan məsələlərdə dəstəkləyir. İkitərəfli münasibətlərə toxunan dövlət başçısı siyasi əlaqələrimizin yüksək səviyyədə olduğunu və iqtisadi-ticarət sahəsində əməkdaşlığımızın yaxşı perspektivlərə malik olduğunu qeyd edib”, - deyə məlumatda bildirilir.
İ.Əliyev deyib ki, Azərbaycan Asiya və Avropa arasında vacib tranzit məntəqəsinə çevrilib və nəqliyyat sahəsinin inkişaf etdirilməsi ölkəmizin prioritetlərindən biridir. Azərbaycan “Bir kəmər, bir yol” layihəsini ilk dəstəkləyən ölkələrdən biri olub və ölkəmizin nəqliyyat infrastrukturu bu layihə çərçivəsində nəqliyyat daşımaları üçün istifadə edilə bilər.
Van Yi qeyd edib ki, Çin-Azərbaycan əlaqələri strateji xarakter daşıyır və ölkəsi Azərbaycanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir.
“Görüşdə nəqliyyat, enerji, sənaye, turizm və informasiya-kommunikasiya texnologiyaları sahəsində əlaqələrin inkişafına dair geniş fikir mübadiləsi aparılıb”, - deyə məlumatda vurğulanır.*
F.İsazadə
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət