Azərbaycanla Almaniya arasında müqavilı-hüquq bazası müxtəlif sahələrdə əməkdaşlığa dair ikitərəfli 77 ikitərəfli sazişdən ibarətdir, daha 14 sənəd hazırlıq mərhələsindədir. Bunu Milli Məclisin Sədri Oqtay Əsədov deyib.
Əsədov Almaniya Bundestaqının Cənubi Qafqaz üzrə parlament qrupunun başçısı Yohanes Karsın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə Bakı ilə Berlin arasında inkişaf edən münasibətləri vurğulayıb. Bu barədə parlamentin mətbuat xidməti məlumat verir.
“Almaniya Azərbaycanın Avropada ən önəmli siyasi-iqtisadi tərəfdaşlarındandır. Ölkələrimiz arasında 2018-ci ildə ticarət dövriyyəsinin həcmi təqribən 1,9 mlrd. dollar olub. Bu rəqəm ötən dövrün göstəricisindən 39,4% çoxdur”, - Əsədov bildirib.
Onun sözlərinə görə, cari ilin birinci rübündə ticarət dövriyyəsinin həcmi 590 mln. dollar təşkil edib. “Ölkələrimizin iqtisadi potensialı imkan verir ki, bu göstəricilər gələcəkdə daha yüksək olsun”, - spiker bildirib.
Həmçinin Əsədov Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Bakının rolunu qeyd edib.
Öz növbəsində, Kars Berlinin Bakı ilə münasibətlərin dərinləşməsində maraqlı olduğunu vurğulayıb. **
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət