Hazırda Azərbaycan döyüş sursatının istehsalına xüsusi diqqət ayırır. Bunu müdafiə sənayesi nazirinin müşaviri Azad Məmmədov deyib.
“Sovet dövründə Azərbaycan ərazisində heç bir hərbi zavod olmayıb, mülki zavodlar isə əsasən “dəmir” ilə deyil, elektronikanın təmiri və istehsalı ilə məşğul olurdular. Azərbaycan müstəqillik qazandıqdan sonra prezidentin fərmanı ilə Müdafiə Sənayesi Nazirliyi yaradıldı. Patron zavodu və digər döyüş sursatı istehsalı üzrə müəssisə sıfırdan inşa edildi”, - Məmmədov Rusiyanın «Военно-промышленный курьер» (ВПК) nəşrinə bildirib.
Azərbaycan ilk dəfə müdafiə sənaye kompleks məhsullarını Moskvada keçirilən “Army-2019” V Beynəlxalq Hərbi-Texniki Forumunda təqdim edib.
Məmmədov qeyd edib ki, Moskvaya atıcılıq silah nümunələri – avtomatlar, snayper tüfəngləri, tank əleyhinə əl qumbaraatanları, atıcılıq silahları və yaxın döyüş vasitələri, həmçinin yüngül artilleriya üçün döyüş sursatı gətirilib.
“İdarə olunan 250 kq-lıq aviasiya bombasının nümunəsi – Türkiyə şirkəti ilə birgə layihədir. Sovetin 2142 silahının analoqu olan, Azərbaycanda istehsal olunan 30 mm-lik avtomatik top ilk dəfə gətirilib”, - o vurğulayıb.
Azərbaycan Rusiyanın “Kalaşnikov” konserni ilə sıx əlaqələr qurub. Pavilyonda lisenziya əsasında istehsal olunan AK-74M bazasında hazırlanan 7,62 kalibrli avtomatlar görmək mümkündür.
Nəşrin qeyd etdiyi kimi, Azərbaycan istehsalı olan iki snayper tüfəngi mütəxəssislərin marağına səbəb olub. Birincisi nişangah məsafəsi 1000 metr təşkil edən, 7.62x51 mm çaplı tüfəngdir. Silah respublikanın güc strukturları üçün seriya şəklində istehsal olunur və ixrac üçün təklif edilir. İkincisi - 7.62x54 mm çaplı yarı avtomatik atəş rejimli tüfəng Müdafiə Nazirliyinin sifarişi ilə istehsal olunub.
“Azərbaycan nümayəndə heyətinin forumda qrafiki gərgin olub – rusiyalı həmkarlarla görüşlərdə hərbi-texniki əıməkdaşlıq məsələləri müzakirə olunub. Perspektivdən danışarkən, 2020-ci ildə milli pavilyonda çox güman ki, yeni atıcılıq silahları və döyüş sursatları təqdim olunacaq ki, hazırda onların üzərində iş gedir”, - nəşr qeyd edir. **
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət