Azərbaycan prezidenti İlham Əliyev Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının yeni tərkibini təsdiq edib.
Dövlət başçısının saytında dırc olunan fərmana əsasən, Azərbaycan Respublikası baş nazirinin müavini Komissiyanın sədri təyin olunub.
Komissiya sədrinin müavini daxili işlər naziri təyin edilib.
Komissiyanın tərkibinə daxildir: Azərbaycan Respublikası Prezidentinin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi – şöbə müdiri, Milli Məclisinin Əmək və sosial siyasət komitəsinin sədri, Nazirlər Kabineti Aparatının Təhlükəsizlik və müdafiə məsələləri şöbəsinin müdiri, Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini, maliyyə nazirinin birinci müavini, ədliyyə nazirinin müavini, səhiyyə nazirinin müavini, təhsil nazirinin müavini, kənd təsərrüfatı nazirinin müavini, müdafiə nazirinin müavini, gənclər və idman nazirinin müavini, xarici işlər nazirinin müavini, ekologiya və təbii sərvətlər nazirinin müavini, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, mədəniyyət nazirinin müavini, Dövlət Gömrük Komitəsi sədrinin müavini, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini, Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini, Dövlət Sərhəd Xidməti rəisinin müavini, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin birinci müavini, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Televiziya və Radio Şurasının sədri, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədrinin müavini və Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət