Azərbaycan və Meksika arasında hərbi əməkdaşlığın qurulması məsələsi müzakirə edilir. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“Oktyabrın 2-də müdafiə naziri general-polkovnik Zakir Həsənov Meksika Birləşmiş Ştatlarının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Rodriqo Labardini ilə görüşüb. Ölkələrimiz arasında müxtəlif istiqamətlərdə münasibətlərin daim inkişaf etdiyini qeyd edən nazir ikitərəfli hərbi əməkdaşlığın hüquqi bazasının yaradılması ilə əlaqədar hazırda müvafiq tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb”, - deyə məlumatda bildirilir.
Öz növbəsində, səfir fəaliyyəti dövründə Azərbaycanla Meksika arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə əlaqələrin genişləndiyini bildirib.
Ölkəsinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə tərəfdar olduğunu qeyd edən diplomat regionda sabitliyin təmin olunması üçün beynəlxalq hüququn norma və prinsiplərinə əməl edilməsinin vacibliyini bildirib.
“Görüşdə tərəflər Azərbaycan ilə Meksika arasında hərbi sahədə əlaqələrin hazırkı vəziyyəti və perspekivlərini müzakirə edib, qarşılıqlı maraq doğuran məsələlərə dair fikir mübadiləsi aparıblar”, - deyə məlumatda qeyd olunur.*
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət