Müasir Rusiyada həqiqətən məlumdur ki, Qareqin Njde yalnız nasistlərin məxfi agenti deyil, həm də döyüşən ordunun arxa cəhbəsində diversiya-terror aktları törətmək üçün cəlb edən şəxs olub. Bunu Siyasi Tədqiqatlar İnstitutunun eksperti Pavel Severov Rusiaynın “Natsionalnaya oborona” jurnalında yazır.
“2019-cu ilin may ayında Rusiya XİN-in təqdim etdiyi "Nasizmin qəhrəmanlaşdırılması, irqçilik, irqi ayrı-seçkilik, ksenofobiya və onunla bağlı olan dözümsüzlüyün təşviqinə xidmət edən neonasizm və onun digər növlərinə qarşı mübarizə” adlı məruzədə xüsusilə təsdiq olunur: “Ermənistanın keçmiş hakim Respublika Partiyası Üçüncü Reyxlə əməkdaşlıq etdiyi barədə məlumatların olduğu Qaragin Njdenin xatirəsinin əbədiləşdirilməsi üçün addımlar atıb”, - məqalənin müəllifi qeyd edir.
Severovun fikrincə,”bununla Rusiya XİN öz məruzəsində bu faktları xatırlatmaqla nasizmin qəhrəmanlaşdırılması, neonasizmin və insan haqqları sahəsində baza prinsipləri, norma və dəyərləri pozan, digər beynəlxalq-hüquq normalarına zidd hərəkətlərin yayılması qınayır”.
“Rusiya XİN Ermənistanda son 20 il ərzində nasist kollaborantların qəhrəmanlaşdırlmasının dövlət siyasəti olduğunu faktlarla göstərib. Rusiya Müdafiə Nazirliyinin nəşrlərindən sonra XİN bu qərarı qəbul edib”, - müəllif qeyd edir.
O vurğulayır ki, Rusiya xüsusi xidmət orqanlarının Qareqin Njde ilə bağlı rəsmi münasibəti Rusiya Federasiyası Müdafiə Nazirliyinin Baş Redaksiya Komissiyasının ordu generalı Sergey Şoyqunun sədrliyi ilə nəşr edilən 12 cildlik “1941-1945-ci illərin Böyük Vətən müharibəsi” ensiklopediyasının "Gizli müharibə: Böyük Vətən müharibəsi illərində kəşfiyyat və əks-kəşfiyyat" adlı 6-cı cildində qeyd olunub.
“Nurada oxuyuruq: Abverqrup 114-də aparılan agentura işi çərçivəsində (“Dromedar”) əks-kəşfiyyatçılar daşnak ordusunun keçmiş generalı, Njde təxəllüsü ilə nasistlərə xidmət edən emiqrant Ter-Arutyunyanı aşkar edib və yaxalayıblar. Böyük Vətən müharibəsi illərində Njde Bolqarıstan ərazisində 30-dan çox milliyyətcə ermənini fəaliyyətə cəlb edib, onların Qızıl Ordunun arxa cəbhəsində diversiya hazırlığında iştirak edib. "SMERŞ"-in əməkdaşları tərəfindən 17 təxribatçı yaxalanaraq onların terror aktı törətmələrinin qarşısı alınıb", - məqalədə qeyd edilir.
“Baxılan mövzu kontekstində, müəllifin rəyinə görə, Njde tərəfindən nasist Almaniyası üçün cəlb edilən şəxslərin sayı prinsipial əhəmiyyət kəsb etmir – 12,32 və ya 43. Əhəmiyyətli odur ki, müasir Rusiyada həqiqətən məlumdur ki, Njde nasistlərin məxfi agenti, yalnıq kəşfiyyat-agentura işləri üşün deyil, ölkə ərazisində döyüşən ordunun arxa cəhbəsində diversiya-terror aktları törətmək üçün agentura şəbəkəsinə cəlb edən şəxs olub”, - Severov vurğulayıb.
“Njde – millətçi kollaborant və cinayətkardır. Hərbi əks-kəşfiyyat bunu müəyyən edib. Rusiya Müdafiə Nazirliyi bu məlumatı ictimailəşdirib. Rusiya Xarici İşlər Nazirliyi Stepan Bandera və Qareqin Njde kimi millətçi kollaborantların qəhrəmanlaşdırılmasına imkan verməməyi tələb edir”, ekspert qeyd edib. **
F.İsazadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət