ABŞ-ın Kuba barəsində aqressiv siyasəti adanın inkişafına maneədir. Bunu Kubanın prezidenti Migel Diaz-Kanel deyib.
“ABŞ-ın təcavüzü – inkişafımıza əngəldir və Kubada insan hüquqlarına hörmətsizlikdir. Təcrid davam edir, hər həftə yeni iqtisadi sanksiyalar tətbiq olunur. ABŞ – ötən yüzilliyin dəniz quldurları kimidir. Bizi bu təhdidlər qorxutmur və təcavüzə davam gətiririrk”, - Dias-Kanel cümə günü Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşündə bildirib.
Onun sözlərinə görə, ABŞ regionda stabilliyi pozmağa davam edir. “Qeyd etmək istərdim ki, biz dialoqun təşkili və sabitliyin bərqərar olmasının tərəfdarıyıq. Biz müstəqillikdən imtina etməyəcəyik. Malik olduqlarımızı vermək istəmirik. Çünki artıq verəcəyimiz heç nə qalmayıb. Bu pozucu səylər bütün dünyada sülhü şübhə altına qoyur”, - Kuba prezidenti bəyan edib.
O vurğulayıb ki, ABŞ “qitəmizdə azad xalqlar hesabına böyük dövlətə çevrilməyə” çalışır. “Soyuq müharibə dövründə onlar bizi üçüncü dünya ölkələri adlandırırdılar. Kiçik ölkələr laboratoriyalar və silah ticarəti məntəqələrinə çevrilib. Onlar qərarlar qəbul edir və bizim onlara tabe olmağımızı istəyirlər. Terrorçuluqla mübarizə və demokratiya pərdəsi altında onlar ölkələrə soxulurlar. Psixoloji müharibənin yeni üsullarından istifadə edirlər, münaqişələr alovlandırılır. Onlar (ABŞ) iqtisadi əlaqələrimizi təcrid etməyə çalışırlar, informasiya müharibələrinə təşəbbüs edirlər”, - Dias-Kanel vurğulayıb.
O, həmçinin qeyd edib ki, Havana ABŞ-ın hücumlarına qarşı mübarizədə Venesuela, Şimali Koreya, İran və Boliviyanı dəstəkləyir. “Biz həmçinin Suriya xalqına qarşı mübaribənin tezliklə başa çatması və Fələstin münaqişəsinin məntiqə uyğun olaraq tənzimlənməsinə ümid edirik”, - Dias-Kanel bildirib. **
F.İsazadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət