Azərbaycan və Özbəkistanın müdafiə nazirləri general-polkovnik Zakir Həsənov və general-mayor Bahodir Kurbanov Azərbaycan Respublikası və Özbəkistan Respublikası müdafiə nazirlikləri arasında 2020-ci il üçün ikitərəfli hərbi əməkdaşlıq Planı imzalayıblar.
Həsənov oktyabrın 30-da Bakıda keçiriləcək MDB üzv ölkələrinin Müdafiə Nazirləri Şurasının növbəti iclası ərəfəsində Kurbanovla görüşüb. Bu barədə nazirlikdən məlumat verilir.
Bildirilir ki, görüş zamanı “tərəflər hər iki ölkənin müdafiə nazirlikləri arasında əməkdaşlığın daha da inkişafında maraqlı olduqlarını bildiriblər”.
“Həmçinin, qeyd edilib ki, Azərbaycan ilə Özbəkistan arasında təhlükəsizlik sahəsində əməkdaşlıq Cənubi Qafqaz və Mərkəzi Asiya bölgələrində sülhün və sabitliyin möhkəmlənməsinə xidmət edir”, - məlumatda deyilir.
Həmsöhbətlər müdafiə və hərbi təhsil sahəsində birgə əməkdaşlığın indiki vəziyyəti və perspektivləri ilə bağlı bir sıra məsələlər müzakirə ediblər.
O cümlədən, Həsənov və Kurbanov hərbi-texniki sahədə qarşılıqlı faydalı əlaqələrin möhkəmləndirilməsi barədə geniş fikir mübadiləsi aparıblar. **
F.İsazadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət