Azərbaycan Albaniyaya 500 min avro məbləğində humanitar yardımı rəsmi olaraq təqdim edib. Bu barədə Xarici İşlər Nazirliyindən bildirilib.
“11 dekabr tarixində Azərbaycanın Yunanıstandakı səfiri Anar Hüseynov Albaniyanın səfiri Aridana Hobdariyə noyabrın 26-da Albaniyada çoxsaylı insan tələfatı ilə nəticələn zəlzələ ilə əlaqədar yardımla bağlı simvolik çeki təqdim edib”, - XİN-dən məlumat verilib.
Xanım Hobdari Azərbaycana yardımına görə ölkəsi adından təşəkkürünü ifadə edib və iki ölkə arasında mövcud dostluq münasibətlərinin bundan sonra da inkişaf edəcəyinə inamını ifadə edib.
Xəbər verildiyi kimi, Azərbaycan prezidenti İlham Əliyevin tapşırığı ilə baş nazir Əli Əsədov noyabrın 26-da Albaniyada baş vermiş təbii fəlakətdən zərər çəkmiş əhaliyə humanitar yardım göstərilməsi məqsədilə 500 min avro məbləğində vəsaitin ayrılması haqqında sərəncam imzalayıb Vəsait Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan ayrılıb.**
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət