Bakı və Kişineu 2020-ci ilin əvvəlində Xarici İşlər nazirlikləri arasında növbəti siyasi məsləhətləşmələr keçirəcək. Bu barədə Azərbaycan XİN-dən məlumat verilir.
Xarici İşlər naziri Elmar Məmmədyarov Moldovanın Bakıdakı səfiri George Leukanı diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.
“Görüşdə tərəflər iki ölkə arasında ikitərəfli münasibətlərin hazırkı durumu, əməkdaşlığın cari inkişaf səviyyəsi və perspektivləri barəsində fikir mübadiləsi aparıblar. İki ölkənin Xarici İşlər nazirlikləri arasında növbəti siyasi məsləhətləşmələrin gələn ilin əvvəlində Moldovada keçiriləcəyi qeyd olunub”, - Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən qeyd olunub.
Həmçinin, Məmmədyarov GUAM çərçivəsində ölkələr arasında səmərəli əməkdaşlığı vurğulayıb və təşkilatın iqtisadi ölçüsünün möhkəmləndirilməsinin əhəmiyyətini qeyd edib.
“Həmçinin həmsöhbətlər arasında qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələləri üzrə fikir mübadiləsi aparılıb”, - məlumatda vurğulanır.
Xəbər verildiyi kimi, Moldova hökuməti Azərbaycandakı səfiri George Leukanın geri çağırılmasına dair qərar qəbul edib. Bu, George Leukanın XİN-in dövlət katibi vəzifəsinə təyin olunması ilə əlaqədardır. **
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət