Caspian European Club Azərbaycan, Gürcüstan və Qazaxıstanda CEO Brunch-ların keçirilmə ənənəsin bərpa edib. Yanvarın 25-də Azərbaycan Yazıçılar İttifaqının katibi, Azərbaycan “Pen” Klubunun Prezidenti, “Neftçi” PFK-nin Müşahidə Şurasının sədri, Azərbaycanın xalq yazıçısı Çingiz Abdullayevin iştirakı ilə ilk CEO Brunch Baku təşkil olunub.
“Çingiz Abdullayev Caspian European Club-un fəxri üzvüdür və məhz buna görə CEO Brunch Baku isti və dostluq şəraitində keçib. CEO Brunch Baku çərçivəsində şirkətlərin top-menecerləri və nümayəndələri, Caspian European Club-un üzvləri onları maraqlandıran suallar ünvanlamaq imkanı əldə edib və böyük maraqla hamımızın sevimli yazıçısının həyathekayələrini dinləyiblər”, - deyə Telman Əliyev söyləyib.
CEO Brunch-ın (gecikmiş səhər yeməyi) formatı şirkətlərə qeyri-rəsmi şəraitdə bir-birləri ilə ünsiyyət qurmaq və öz partnyorlarını daha yaxından tanımaq imkanı yaradır. Bir çox top-menecerlərin CEO Brunch-a öz ailə üzvləri ilə birgə qatılması ikiqat xoş olub ki, bu da Caspian European Club-un fəlsəfəsini - böyük ailə olduğunu bir daha vurğulayır.
CEO Brunch-ın sonunda ən yaxşı sualların müəlliflərinə Çingiz Abdullayevin şəxsi imzası ilə kitabları hədiyyə olunub.
Sıralarında dünyanın 50 ölkəsindən 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian European Club 2002-ci ilin iyununda yaradılıb. Caspian European Club-un mənzil-qərargahı Bakıda (Azərbaycan) yerləşir. Caspian European Club-un Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, ABŞ, Almaniya, Polşa, Çexiya və Latviyada səlahiyyətli nümayəndələri var.
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət