Mərkəzi Seçki Komissiyası (MSK) fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərinə hazırdır. Seçkilərdə rekord sayda – 1314 namizəd iştirak edəcək. Bu barədə MSK sədri Məzahir Pənahov bu gün keçirdiyi mətbuat konfransında bildirib.
“Parlament seçkilərində iştirak etmək üçün 2431 nəfər müraciət edib. MSK tərəfindən namizədliyi qeydə alınmış 1637 nəfərdən indiyə qədər 321 nəfəri deputatlığa namizədliyini geri götürüb, 2 nəfərin isə deputatlığa namizədliyi ləğv edilib. Hazırda deputatlığa namizədlərin sayı 1314 nəfərdir ki, bu da rekord göstəricidir”, - deyə o bildirib.
Sədrin sözlərinə görə, namizədliyi qeydə alınan 246 namizəd siyasi partiyalar, 1 057-i öz təşəbbüsü ilə, 11-i isə təşəbbüs qrupları tərəfindən irəli sürülüb. Namizədliyi qeydə alınanların 79 faizi kişi, 21 faizi qadınlardır. 5 milyon 329,461 min seçici səsvermə hüququna malikdir.
Parlament seçkiləri 125 dairə üzrə 5573 seçki məntəqəsində keçiriləcək.
M.Pənahov vurğulayıb ki, yerli müşahidəçilərin sayı 77,79 min, beynəlxalq müşahidəçilərin sayı 883 nəfərdir.
O əlavə edib ki, seçkilərdə şəffaflığın təmin edilməsi üçün 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılacaq.
Seçkilərdə “exit-poll” 3 təşkilat tərəfindən keçiriləcək.
Seçki məntəqələri səhər saat 8:00-da açılacaq, saat 19:00-da bağlanacaq. Seçkilər səs verənlərin sayından asılı olmayaraq baş tutmuş hesab olunacaq. Parlament seçkiləri majoritar sistem üzrə keçirilir. 20-dən artıq siyasi partiya parlament seçkilərində iştirak etmək üçün namizədlərini irəli sürüb. Ən çox namizəd (122) hakim Yeni Azərbaycan Partiyasını təmsil edir.
Azərbaycanda növbədənkənar parlament seçkiləri ölkə tarixində ilk dəfədir keçirilir. Növbəti parlament seçkiləri 2020-ci ilin oktyabr ayında keçirilməli idi. Lakin 2019-cu ilin dekabr ayında hakim partiya parlamentdə qanunverici orqanın buraxılması və növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı məsələnin müzakirəyə çıxarılması təşəbbüsünü irəli sürüb. Nəticədə Milli Məclisin dekabrın 2-də keçirilən iclasında parlamentin buraxılması ilə bağlı prezidentə müraciət qəbul edilib.
Konstitusiya Məhkəməsinin Plenumu dekabrın 4-də qanunverici orqanın buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi ilə bağlı ölkə prezidentinə müraciətin qəbul edilməsinə dair parlamentin qərarını Konstitusiyaya uyğun hesab edib.
Prezident İlham Əliyev dekabrın 5-də beşinci çağırış Milli Məclisinin buraxılması və fevralın 9-na növbədənkənar parlament seçkilərinin təyin edilməsi haqqında sərəncam imzalayıb.
Azərbaycan parlamentində 125 deputat təmsil olunur.*
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət