Rusiyalı müşahidəçilər bu gün Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərinin yaxşı təşkil olunduğunu qeyd edir, inzibati səsvermənin və seçicilərin məntəqələrə məcburi gətirilməsi hallarının olmadığnı bildirirlər.
"Çoxlu sayda namizəd var, hər məntəqədə onların sayı orta hesabla 10-20 nəfər arasındadır. Bakıda seçici fəallığı o qədər də yüksək deyil, 3 milyonluq şəhərdə yüksək fəallıq gözləmək çətindir. Digər tərəfdən, bu, yaxşı simptomdur, yəni heç bir inzibati səsvermə, məntəqələrə məcburi gətirilmə halı yoxdur. Səsvermədə növbələr yoxdur, hər şey olduqca sakitdir", - deyə Ümumrusiya İctimai Rəyi Öyrənmə Mərkəzinin baş direktoru Valeri Fyodorov “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
O, həmçinin qeyd edib ki, Azərbaycanda ənənəvi olaraq hər bir seçicinin barmağının xüsusi maye ilə boyanması sistemi tətbiq olunur ki, bu da təkrar səsvermənin qarşısını alır.
“Həmçinin bir məntəqədən digərinə keçən çoxlu sayda qeyri-beynəlxalq müşahidəçinin olduğunu qeyd etmək istəyirəm. Söhbət qeyri-kommersiya təşkilatlarının, siyasi partiyaların nümayəndələrinin azərbaycanlı müşahidəçilərindən gedir. Biz hər məntəqədə 5 nəfərdən 20 nəfərədək adamla qarşılaşırdıq, onlar səsverməni izləyir və bütün mümkün pozuntuları qeyd edir, ən başlıcası isə onların qarşısını alırlar. Deməli, təəssüratımız yaxşıdır, müşahidə etməyə davam edəcəyik", - deyə Fyodorov əlavə edib.
Öz növbəsində, Rusiya Dövlət Dumasının deputatı Aleksey Juravlyov "İnterfaks Azərbaycan" agentliyinə bildirib ki, Azərbaycanda parlament seçkiləri yaxşı təşkil olunub və çoxlu sayda müşahidəçi var. Biz məktəblərdən birində yaradılan seçki məntəqəsinə baş çəkdik. Burada seçkilər yaxşı təşkil olunub və çoxlu sayda müşahidəçi var.
Mən hətta Rusiyada seçki məntəqələrində nadir hallarda bunun şahidi olmuşam. Burada müxtəlif partiyalardan olan müşahidəçilər, hətta vətəndaşlar da özləri gedib qeydiyyatdan keçirlər", - deyə o vurğulayıb.
Deputatın sözlərinə görə, saat 11.00-a məntəqədə fəallıq 10%-i keçib. "Ancaq bu yaxşıdır. Adamlar tələsmədən də olsa, gəlirlər. Deputatlığa namizədlər arasındakı yüksək rəqabət də məni təəccübləndirib - bir yer üçün təxminən 10 nəfər. Bu, seçkilərin rəqabətli olduğunu göstərir”, - deyə o əlavə edib.*
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət