Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbülöğlu hazırda RF-də olan soydaşları Azərbaycana qayıtmağa cəhd etməməyə çağırıb.
“Hörmətli soydaşlarımız, koronavirusla bağlı vəziyyət gərgin olaraq qalır. Bütün dünyada koronavirus infeksiyasının yayılması ilə əlaqədar yaranmış vəziyyətlə bağlı, dövlətlərin əksəriyyəti öz sərhədlərini bağlayıblar. Azərbaycan hökuməti də məcburiyyət qarşısında 20 aprel tarixinə qədər ölkəyə giriş-çıxışı dayandırıb. Bununla əlaqədar olaraq, sizdən artıq dərəcədə xahiş olunur ki, Rusiya-Azərbaycan sərhədinə getməyəsiniz. Orada gözləmək üçün müvafiq şərait yoxdur”, - səfir videomüraciətində bildirib.
Bülbülöğlu qeyd edib ki, oraya getməklə vətəndaşlar həm Rusiya tərəfinə, həm də Azərbaycan tərəfinə çoxlu problemlər yaradırlar. “Orada gözləməklə heç nə olmayacaq. Sərhəd heç bir xahişlə və ya təzyiqlə açılmayacaq”, - səfir bildirib.
Diplomat qeyd edib ki, aprelin 20-dən sonra vəziyyətdən asılı olaraq sərhəd ya açılacaq, “ya da hələ bir müddət bağlı qala bilər”.
“Sizdən artıq dərəcədə xahiş edirəm ora getməyin. Orada vəziyyət ağırlaşa bilər, siz pis vəziyyətə düşə bilərsiniz, xəstələnə bilərsiz. Orada biz sizə kömək edə bilmərik. Mənim sözlərimi anlayışla qəbul edin. Bilirəm bu, çətindir. Ancaq təmkinli olmaq lazımdır. Bütün səbrinizi bir yumruğa yığıb gözləmək lazımdır. Başqa çıxış yolu yoxdur”, - Bülbülöğlu vurğulayıb.
Həmçinin səfir soydaşlara müraciət edərək Azərbaycanın RF-dəki səfirliyi ilə əlaqə saxlamağı, “qaynar xətt”ə zəng edərək, səfirliyin elektron poçtuna sənədlərini göndərməyi xahiş edib.
“Biz siyahı tərtib edəcəyik, imkan yaranan kimi bizim əməkdaşlar sizinlə əlaqə yaradıb nə vaxt, nə zaman, hansı yolla Azərbaycana qayıtmaq mümkün olduğu barədə sizə məlumat verəcəklər”, - səfir deyib. **
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət