Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bazar ertəsi Avropa İttifaqının (Aİ) Qonşuluq və Genişlənmə məsələləri üzrə Komissarı Oliver Varhelyi ilə videokonfrans formatında görüş keçirib. Bu barədə “İnterfaks-Azərbaycan”a XİN-in mətbuat xidmətindən məlumat verilib.
Həmçinin, görüşdə Azərbaycanın Aİ yanında Nümayəndəliyinin rəhbəri və Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri iştirak ediblər.
“Görüşün başlıca məqsədi Azərbaycan və Aİ arasında ikitərəfli tərəfdaşlıq gündəliyinə daxil olan, eləcə də Azərbaycanın Şərq Tərəfdaşlığı çərçivəsində iştirakı məsələlərinin müzakirəsi olub. Azərbaycanla Aİ arasında yeni ikitərəfli saziş ilə bağlı müzakirələr aparılıb və bu sazişin yekunlaşdırılması ilə bağlı hər iki tərəfin maraqlı olduğu vurğulanıb.Yaxın zamanlarda tərəflərin saziş üzrə danışıqları yenidən davam etdirəcəyi qeyd olunub və danışıqlarda irəliləyişin əldə olunmasına dair ümid ifadə olunub”, - XİN-dən bildirilib.
Tərəflər, həmçininVahid Aviasiya Məkanının yaradılması haqqında Saziş, Tərəfdaşlıq Prioritetləri, Azərbaycanın Aİ proqramlarında iştirakı, vizaların ləğvi məsələləri ətrafında fikir mübadiləsi aparıblar.
“Enerji və nəqliyyat bağlılığı sahələrində əməkdaşlıq məsələləri üzrə müzakirələr aparan Azərbaycan və Aİ rəsmiləri hər iki istiqamətdə mövcud olan böyük layihələr və onların gələcək inkişafı perspektivlərini nəzərdən keçiriblər. O cümlədən, növbəti Aİ-Azərbaycan Əməkdaşlıq Şurasının keçirilməsi barədə fikir mübadiləsi baş tutub. Hər iki tərəf mövcud qlobal pandemiya şəraitində onlayn müzakirələrin keçirilməsinin əhəmiyyətini vurğulayaraq, pandemiyadan sonra birbaşa təmasların və görüşlərin təşkilini razılaşdırıblar”, - XİN-dən məlumat verilir.
Aİ Xarici İşlər Nazirləri Şurası 14 noyabr 2016-cı il tarixində Azərbaycanla saziş üzrə danışıqların aparılması üçün Avropa Komissiyası və Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsinə mandat verib.
Yeni sazişlə bağlı danışıqlara 2017-ci il fevralın 7-də başlanılıb.**
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azər Türk Bankda sərfəli kredit kampaniyası davam edir
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət