Azərbaycan əhalisi hakimiyyətdən Ermənistanın təcavüzkar siyasəti barəsində qəti tədbirlər görməyi tələb edir. Bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bəyan edib.
“Biz gərginlik istəmirik, insanların həlak olmasını istəmirik, döyüşlər istəmirik. Ümumilikdə, biz münaqişənin sülh yolu ilə həllinin tərəfdarıyıq. Lakin onmilyonluq xalq qoşunların öz ərazisindən çıxarılmasını 30 il ərzində gözləyə bilmir. Xalq bizdən – siyasətçilər, hakimiyyətdən fəal tədbirlər görməyi tələb edir”, - səfir “Exo Moskvı” radiostansiyasına müsahibəsində bildirib.
Səfir qeyd edib ki, Azərbaycan ərazisində Ermənistan qoşunlarının olduğu halda Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli barədə danışmaq düzgün deyil.
“İnsanlar coşublar, onlar bizdən qəti tədbirlər görməyi tələb edirlər. İnsanlar həlak olub, biz nə qədər buna dözməliyik? Mən azərbaycanlılardan 8 bəyanat almışam – onlar Rusiya vətəndaşıdırlar və cəbhəyə göndərmələrini xahiş edirlər. Dünən Bakıda gənclərin yürüşü olub, onlar da hərbi əməliyyatların oldugu zonaya can atırlar. Sülh yolu ilə həll barədə nə qədər danışmaq olar. Qoşunları çıxarın, ondan sonra sülh yolu ilə həll edək. Əgər düşmən qoşunlarını sənin torpaqlarında saxlayırsa, hansı sülh yolundan söhbət gedə bilər?”, - Bülbüloğlu bildirib. **
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azər Türk Bankda sərfəli kredit kampaniyası davam edir
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət