Bu gün Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto arasında danışıqlar baş tutub.
Azərbaycan XİN-in məlumatına görə, danışıqların yekunları üzrə tərəflər arasında 3 sənəd imzalanıb.
Nazirlər tərəfindən “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Macarıstan insan Resursları Nazirliyi arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq dair Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ilə Macarıstan Milli Vergi və Gömrük Administrasiyası arasında məlumat mübadiləsi və vergi tələblərinin alınmasında yadım haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi ilə Macarıstan İnnovasiya və Texnologiya Nazirliyi arasında səhiyyə sənayesi sahəsində əməkdaşlıq haqqında Saziş” imzalanıb.
Tərəflər iki ölkə arasında mövcud olan strateji əməkdaşlıq münasibətlərin inkişafından məmnunluq ifadə edib və ikitərəfli münasibətlərin bir sıra istiqamətlərdə, o cümlədən iqtisadiyyat, ticarət, təhsil, mədəniyyət, turizm, səhiyyə və digər sahələrdə bundan sonra da möhkəmləndirilməsi üçün səylərin əsirgənməyəcəyini vurğulayıblar.
Nazir C.Bayramov Ermənistanın Azərbaycanla sərhəddə son təxribatı barədə qarşı tərəfi məlumatlandırıb.
“Bölgədə yaranmış vəziyyətlə bağlı narahatlığını bildirən Siyarto Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə münasibətdə Macarıstanın mövqeyinin bəlli və dəyişilməz olduğunu, Macarıstanın Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü qətiyyətlə dəstəklədiyini vurğulayıb”, - deyə məlumatda qeyd olunur.
P.Siyarto Budapeştin Avropa İttifaqı ilə Azərbaycan arasında aparılan yeni saziş üzrə danışıqların tezliklə yekunlaşmasının tərəfdarı olduğunu qeyd edib.
O, azərbaycanlı həmkarını pandemiya ilə bağlı vəziyyət normallaşdıqdan sonra Macarıstana rəsmi səfərə dəvət edib.*
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət