Azərbaycan prezidenti İlham Əliyev cümə günü Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri Şefik Caferoviçə məktub ünvanlayıb.
“Məlum olduğu kimi, cari ilin 12 iyul tarixində Ermənistan silahlı qüvvələri Azərbaycan və Ermənistanın dövlət sərhədinin Tovuz rayonu istiqamətində artilleriya qurğularından istifadə edərək atəşkəs rejimini kobud şəkildə pozub, hərbi təxribata əl atıb. Əks həmlələr və cavab atəşi nəticəsində hücum dəf edilsə də, növbəti günlərdə Ermənistanın hərbi-siyasi rəhbərliyi öz avantürist və təcavüzkar siyasətindən əl çəkməyərək hərbi və mülki obyektlərin, dinc sakinlərə məxsus evlərin bombalanması ilə bağlı göstərişlər verib”, - Əliyev məktubda qeyd edib.
Prezident qeyd edib ki, 30 ilə yaxın müddətdir ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətrafındakı yeddi rayon Ermənistanın işğalı altındadır, 1 milyondan çox azərbaycanlı doğma torpaqlarından didərgin düşüb.
“Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə uyğun olaraq ölkəmizin ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı çərçivəsində həll olunması ilə bağlı Bosniya və Herseqovinanın ədalətli mövqeyinə görə sizə bir daha təşəkkür edirəm. Biz də öz növbəmizdə 1995-ci ildə Srebrenitsa faciəsini yaşayan Bosniya xalqının dərdinə şərik çıxır, qətliam qurbanlarının əziz xatirəsini dərin ehtiramla yad edirik. Əminəm ki, ölkələrimiz arasındakı dostluq və tərəfdaşlıq münasibətləri birgə səylərimizlə xalqlarımızın rifahı naminə bundan sonra da genişlənəcək”, - dövlət başçısı vurğulayıb. **
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət