Milli Məclisin deputatları Fransa prezidenti Emmanuel Makronun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı səsləndirdiyi fikirləri pisləyiblər.
Vitse-spiker Fəzail İbrahimli parlamentin bu gün keçirilən iclasında bildirib ki, Fransa ATƏT-in Minsk qrupunun həmsədri olmaq üçün mənəvi və siyasi haqqını itirib. "Fransa əsl simasını göstərdi. Belə fikirlərdən sonra Fransa ATƏT-in Minsk qrupunun həmsədri olmaq üçün mənəvi və siyasi haqqını itirib. Əgər bu ölkənin özünə hörməti varsa, həmsədrlikdən geri çəkilməlidir. Azərbaycan öz tarixi ərazilərini bərpa edəcək. Bəlkə də bizə heç ATƏT-in Minsk qrupu da lazım olmayacaq", - deyə İbrahimli bildirib.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov isə qeyd edib ki, beynəlxalq təşkilatlar təxribatçı bəyanatlar verməli deyil, BMT qətnamələrinin icrasına nail olmalıdırlar. "Bəzi dövlət başçıları sülhə deyil, vəziyyətin gərginləşməsinə yönəlmiş bəyanatlar verirlər. Mən indi prezident Makronun bəyanatından danışıram. O deyir ki, Qarabağın "yenidən işğalına" yol verməyəcək. Bu nə deməkdir? Qarabağ Azərbaycan torpağıdır. Torpaqlarımızı azad etmək bizim haqqımızdır. ATƏT-in Minsk qrupunun tərkibi dəyişdirilməlidir. Hesab edirəm ki, əgər bu ağır gündə ölkəmizə belə münasibət göstərilibsə, Fransa-Azərbaycan münasibətlərinə yenidən baxılmalıdır", - deyə Seyidov vurğulayıb.
Qarabağın Azərbaycanlı icmasının sədri, millət vəkili Tural Gəncəliyev isə qeyd edib: “Fransa səfiri dəfələrlə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bildirib. Bəs indi niyə Makronun fikri dəyişib? Bu, onun qərəzli olduğunu göstərir”.*
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət