Döyüş meydanında mövqelərini itirən Ermənistan yeni reallıqla hesablaşmalıdır və Azərbaycanın işğal olunmuş ərazilərini azad etməlidir. Azərbaycan prezidenti İlham Əliyev belə hesab edir.
“Biz ərazilərimizin Ermənistan işğalından azad edilməsi üzrə əməliyyatı tədricən həyata keçiririk. Bütün hədəflər artıq qeyd olunub. Ermənistan yeni reallıqla hesablaşmalıdır və atəşkəs rejiminə ciddi surətdə əməl edərək işğalı dayandırmalıdır. Həmçinin, Ermənistan digər işğal olunmuş torpaqları yaxşılıqla azad etməlidirki,qan tökülməsin və biz sülh şəraitində danışıqlar prosesini davam etdirə bilək”, - İlham Əliyev Türkiyənin NTV televiziyasına müsahibəsində bildirib.
Həmçinin, prezident qeyd edib ki, işğal olunmuş ərazilərin azad olunması üzrə əməliyyat uğurla reallaşdırılır, o cümlədən, vurğulayıb ki, böyük ərazilərə nəzarət məqsədilə strateji yüksəkliklərin azad edilməsi vacibdir.
“Hazırda 4-dan artıq yaşayış məntəqəsi, kənd və şəhər azad olunub, çox yaxın zamanda növbəti yaxşı xəbərlər olacaq. Qeyd edim ki, həm şimal, həm də cənub istiqamətlərində strateji yüksəklikləri nəzarətdə saxlayırıq”, - Əliyev qeyd edib.
Prezident bildirib ki, hazırda şimal və cənub istiqamətlərdə əsas əməliyyatlar aparılır, nəticədə Cəbrayıl şəhəri və ətraf kənd və yaşayış məntəqələri azad olunub.
“Eyni zamanda, Füzuli rayonunun əksər kəndlərini azad etmişik. Əminəm ki, yaxın zamanda Füzuli şəhərinin azad olunması xəbərini də eşidəcəyik”, - Əliyev qeyd edib. **
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət