Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün hüquqi baza kifayət qədər genişdir. Bunu Azərbaycan prezidenti İlham Əliyev deyib.
“Biz bu bazanı genişləndirdik və bu gün nəinki BMT TŞ-nin, həm də digər sənədləri var. BMT Baş Assambleyası qətnamə qəbul edib, Qoşulmama Hərəkatı, İƏT, Avropa Parlamentinin sənədləri var. Digər sənədlər də var. O cümldən, Avropa İttifaqı ilə imzalanan sənəd var, burada Azərbaycan sərhədlərinin toxunulmazlığı, suverenliyi, ərazi bütövlüyü qeyd olunur. Yəni, bu hüquqi bazadır”, - Əliyev bazar günü xalqa müraciətində bildirib.
“Bu baza bizə imkan verir ki, bu gün döyüş meydanında düşmənə dərs verdik və onu torpaqlarımızdan qovduq”, - dövlət başçısı qeyd edib.
“Bu yaxınlarda ATƏT-in Minsk qrupunun həmsədrləri BMT Təhlükəsizlik Şurasının iclasını çaöırıblar. Bu bir dəfə artıq baş vermişdi, görünür ki, həmin iclasda qəbul olunan sənəd onları qane etməyib. Biz bu dəfə də yeni sənəd barədə xəbər tutduq və dərhal hərəkətə keçdik, bununla da yeni sənədin qəıbyuluna imkan vermədik. Və bu, 3 həmsədr ölkənin BMT TŞ-yə üzv ölkələrinə böyük təzyiq göstərmələrinə baxmayaraq baş verib”, - Əliyev bildirib.
Dövlət başçısının sözlərinə görə, bu cür təşəbbüsün məqsədi Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını nəzərdə tutan 1993-cü ildə qəbul olunan BMT-nin qətnamələrini kənarda qoymaq olub.
“Məqsəd bu sənədlərin qüvvəsinin və mahiyyətinin itirilməsi idi. Bu təşəbbüsün əsl məqsədi bu idi. Bu nə dərəcədə ədalətlidir? Biz yenə də işğalçını dəstəkləmək cəhdinin şahidi olduq. Nəticədə isə bu alınmadı”, - Əliyev bəyan edib.
Dövlət başçısı məlumat verib ki, Qoşulmama Hərəkatının üzv ölkələri onlara göstərilən təzyiqə baxmayaraq, sənədin qəbuluna imkan verməyiblər.
“Buna görə onlara minnətdarıq. Onların bizim tərəfimizdə durdular, necə ki, biz onların tərəfində dururuq”, - Əliyev bəyan edib. **
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət