Azərbaycana qarşı sanksiyalar Niderland parlamentinin gündəliyində deyil. Bunu Niderland Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Paulin Eizema deyib.
“Bizim sistemdə fərqlilik var. Hökumətin mövqeyi var, parlamentin mövqeyi var və bu, dialoq tələb edir. Hökumətin balanslaşdırılmış mövqeyinin heç də həmişə parlamentin mövqeyi ilə eyni olması demək deyil. Ötən həftə nazirlə parlament arasında keçirilmiş sonuncu müzakirədə bu məsələlər də qaldırılmışdı. Nazir həm yazılı, həm də şifahi şəkildə israrla bildirdi ki, qaldırılan bu məsələlər mənim hökumətimin mövqeyinə uyğun deyil. Beləliklə, sanksiyalar və bu kimi məsələlər qətiyyən gündəlikdə deyil. Hazırda bu, aktual deyil, bununla bağlı hər hansı sual, müzakirə ola bilməz. Mənim nazirim bunu həm parlamentdə, həm də yazılı formada çox açıq şəkildə bildirib. Şadam ki, bunu burada yenidən təkrarlaya bilirəm”, - deyə səfir bu gün etimadnaməsini Prezident İlham Əliyevə təqdim edərkən bildirib.
O qeyd edib ki, Niderland hökumətinin Dağlıq Qarabağ məsələsi ilə bağlı mövqeyi çox balanslaşdırılmışdır.
“Mən Bakıya sentyabrın 20-də, münaqişə yenidən başlayandan bir həftə əvvəl gəlmişəm. Bu, çox narahat dövr, lakin həm də mənə münaqişənin mənbələrinin nədən ibarət olduğunu çox yaxşı başa düşməyə imkan verən zaman idi. Eyni zamanda, mən bununla bağlı paytaxtımla çox sıx şəkildə əlaqə saxladım. Qeyd etdiyiniz kimi, mənim hökumətimin mövqeyi çox balanslaşdırılmışdır. Bu, təhlilin, müzakirələrin və yaxşı dialoqun nəticəsində olub. Mən bir daha vurğulamaq istərdim ki, mənim hökumətimin mövqeyi Avropa İttifaqının mövqeyinə çox uyğundur”, - deyə Paulin Eizema vurğulayıb.*
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət