Milli Məclisin bu gün keçirilən iclasında Fransa Senatının qəbul etdiyi qətnaməyə etiraz bəyanatı qəbul edilib.
“İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, bəyanatda parlament Azərbaycan hökumətini Fransa ilə bağlı bir sıra məsələləri nəzərdən keçirməyə çağırır. Onların arasında Fransanın ATƏT-in Minsk qrupu həmsədrliyindən geri çağırılması üçün beynəlxalq təşkilatlara müraciət edilməsi, Azərbaycan Respublikası və Fransa Respublikası arasında mövcud siyasi münasibətlərə yenidən baxılması, Azərbaycan və Fransa hökumətləri arasında iqtisadi münasibətlərə yenidən baxılması, dərindən təhlil edilməsi və müvafiq tədbirlərin görülməsi ilə bağlı məsələlər yer alıb.
"Məlum olduğu kimi, Fransa Senatında Azərbaycana qarşı çirkin siyasi kampaniya təşkil olunub, qərəzli sənəd qəbul edilib, Dağlıq Qarabağ münaqişəsinin mahiyyəti təhrif edilib. Məsələ bundadır ki, Senat üzvləri Fransa hökumətini separatçı rejimin müstəqilliyini tanımağa çağırıblar. Milli Məclisdə bununla bağlı bəyanatın qəbul edilməsi zərurəti tamamilə ədalətlidir", - deyə Milli Məclisin sədri Sahibə Qafarova bəyanatın layihəsinin müzakirəsi zamanı bildirib.*
R.Əhmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət