Azərbaycan Prezidenti Administrasiyasının sektor müdiri Fuad Axundov bəyan edib ki, Azərbaycan Qarabağ müharibəsində yalnız dövlət olaraq Ermənistana deyil, həm də erməni nasizminə qalib gəlib.
Axundov cümə axşamı Rusiyanın “Perviy” telekanalının “Vremya pokajet” verilişinin efirində Ermənistan Respublika partiyasının simvolunu nümayiş etdirərək, onun rəsmi kitabçasından bəzi məqamlardan sitat gətirib: “Buyurun, baxın, sizə nə göstərirəm. Bu, Ermənistan Respublika partiyasının simvoludur, bu isə AlmanMilliSosialist İşçi Partiyasının simvoludur. Onlar tam eynidir, svastika əvəzinə isə - yarpaqlar təsvir olunub. İndi isə 20 il hakimiyətdə olan Ermənistan Respublika partiyasının “Qaregin Njde və onun nəzəriyyəsi” adlanan rəsmi kitabçasından sitat: Erməni faşizmi vəya nasizmi mövcud deyil, İtaliya faşizmi, alman nasizmi və erməni “tseqakronutyun” var. Beləliklə, bu müharibədə qalib gələrək, biz erməni nasizmi üzərində qələbə qazanmışıq”, - “İnterfaks-Azərbaycan” məlumat verir.
Axundov cümə axşamı Bakıda keçirilən paradda Türkiyə prezidentinin iştiorakını şərh etmək xahişinə cavabında bildirib ki, “Böyük Atatürk deyirki ki, “biz həm kədərdə, həm də sevində Azərbaycanın yanındayıq”. Bu səbəbdən Türkiyə Zəfər sevincini bizimlə bölüşdü”.
Axundov bir daha bəyan edib ki, heç gülməli də deyil. Qarabağda məhz Ermənistana qarşı döyüşüb. “Sözün düzü, bu artıq gülməli deyil. Siz indiyədək bizim Ermənistanla döyüşdüyümüzə şabhə ilə yanaşırsınız? Yeri gəlmişkən, paradda qənimət götürülən erməni hərbi texnikası ilə kolon keçdi, onun üzərində Ermənistan Müdafiə Nazirliyi yazılmışdı, həmçinin, erməni avtomobul nömrələrindən hazırlanan stend ilə xüsusi maşın keçdi. Biz, həmçinin Ermənistanla üçtərəfli bəyanat imzaladıq və işğal olunmuş ərazilərdən işğalçı ölkənin qoşunları vətənə - Qarabağa deyil, Ermənistana qayıdıb”, - o qeyd edib.
Həmçinin, Axundov hesab edir ki, RƏcəb Tayyip Ərdoğanın Bakıda paradda bəyanatlarında gizli məna axtarmaq lazım deyi. “Ərdoğanın sözləri regionda sülhün qorunmasına yönəlib. Bizim prezident də Ermənistana müraciət edərək ağlını başına toplamağı və şansını əldən verməməyə çağırdı”, - o vurğulayıb.
Axundov əlavə edib ki, 1915-ci ildə heç bir erməni soyqırımı törədilməyib. “Türkiyədə 300 min ermıni yaşadığı halda siz hansı soyqırımdan danışırsınız? Monomilli Ermənistan isı bir nəfər belə türk və ya azərbaycanlı yoxdur. Ermənilər soyqırım törədiblər”, - o bildirib.
O cümlədən, Axundov internetdə yayılan guya Azərbaycan əsgərlərinin erməni yaşlı kişinin başını kəsməsinin əks olunduğu videonu feyk adlandırıb. “Sakit olun, həmin yaşlı adam sağdır, heç kəs onun başını kəsməyib. Bu adi feykdir və biz bunu təkzib etdik. Ermənilər çox yaxşı Azərbaycan dilində danışırlar. Amma bir həftə əvvəl erməni əsgərlər bizim sərhədçinin başını kəsiblər, bax buna heç bir reaksiya olmayıb. Niyə bunu heç kim şərh etmir?”, - Azərbaycan Prezidenti Administrasiyasının sektor müdiri vurğulayb. **
X.Nəsirzadə
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət