Türkiyənin milli müdafiə naziri Hulusi Akar Türkiyəvə Azərbaycan ordularının döyüş hazırlığını yüksək qiymətləndirir. Bu barədə Türkiyənin Anadolu agentliyi məlumat verir.
“Qış təlimi-2021” zamanı Türkiyə və Azərbaycan Silahlı Qüvvələri istənilən hava şəraiti və coğrafi mövqedə qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi ilə bağlı yüksək səviyyədə hazırlıq nümayiş etdiriblər. İki qardaş ölkənin orduları peşəkarlıq və qabaqcıl texnologiyalarla təchizat ilə fərqlənir”, - Akar bu gün Qars vilayətində fevralın 1-də start götürən Türkiyə-Azərbaycan təlimlərinin iştirakçıları qarşısında çıxışı zamanı bildirib.
Öz növbəsində, Azərbaycanın müdafiə naziri Zakir Həsənov birgə hərbi təlimlərin keçirilməsindən məmnunluq ifadə edib.
Təlimlər əməkdaşlıq və əlaqələndirmənin, həmçinin qış hava şəraitində çevik reaksiya vərdişlərinin inkişafına yönəlib. Türkiyə Ordusu dünyanın ən güclü ordularındandır. Bizim qardaş ölkə ilə sıx əməkdaşlığımız var. Müdafiə sahəsində Türkiyənin təcrübəsindən istifadə imkanı bizim üçün vacibdir”, - Həsənov qeyd edib. Bu barədə “İnterfaks-Azərbaycan” məlumat verir.
Nazir xatırladıb ki, 44 gün ərzində Azərbaycan işğal olunmuş torpaqları qaytarıb və Ermənistanı kapitulyasiyaya məcbur edir.
“Müharibə davam etdiyi müddət ərzində Türkiyə Azərbaycanın yanında olub və bu iki ölkə arasında əməkdaşlığın daha bir simvoludur. Müharibə zamanı Türkiyə siyasi, mənəvi və diplomatik dəstək olub. Ankaranın mövqeyi dünya ictimaiyəti üçün ismarıc oldu: Türkiyə Azərbaycanın yanındadır! Bütün dünya bir daha əmin oldu ki, bizim dostluğumuz və qardaşlığımız sarsılmazdır və əbədidir. Türkiyənin dəstəyi bizə güc verdi və biz torpaqlarımızı azad etdik”, - Həsənov bildirib. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət