RF Dövlət Dumasının deputatı, “Rodina” Partiyasının sədri Aleksey Juravlyov Ermənistan tərəfindən Dağlıq Qarabağın işğalı dövründə Şuşa şəhərində rus pravoslav kilsəsinin memarlıq üslubunun erməniləşdirilməsini rusofobiyanın təzahürü hesab edir.
“Rus kilsəsinin işğalı, mənəvi dəyərlərə hücum - ən islaholunmaz rusofobiyanın dəhşətli təzahürüdür. Azərbaycan tərəfinin ərazilərin azad edilməsi səyləri (...) hər cür hörmətə layiqdir!”, - Juravlyov özünün Facebook səhifəsində yazıb.
Söhbət Şuşa şəhərində yerləşən kiçik Müqəddəs İohann rus kilsəsindən gedir. 1992-ci ildə Şuşa şəhəri işğal olunandan sonra Ermənistan bu kilsəni erməni kilsəsi elan etdi.
O cümlədən, rusiyalı parlamentari öz postunda Şuşanın erməni işğalından əvvəl və sonra məbədin erməniləşdirilməsi məqsədilə həyata keçirilən bütün dəyişikliklərin əks olunduğu həmin kilsənin fotolarını dərc edib.
Köhnə fotoda bu kilsənin 19-cu əsrdən etibarən şəhərin ermənilər tərəfindən işğalına qədər necə olduğu aydın şəkildə görünür. Rus pravoslav memarlığının elementləri də aydın formada görünür – günbəz və zəng qülləsi, bu da erməni memarlıq ənənələrinə ziddir. Növbəti fotoda isə kilsənin bugünkü görünüşü yer alır: 19-cu əsrin günbəzi qəribə şəkildə yox olub, onun yerində isə tipik erməni konusu meydana gəlib. Əlbəttə ki, bütün bunları ermənilər edərkən əmin idilər ki, Qarabağın işğalı daimi olacaq və bu cinayət barədə heç kəs heç zaman xəbər tutmayacaq.
Beləliklə, Juravlyovun dərc etdiyi fotolar Şuşa şəhərində Müqəddəs İohann rus kilsəsinin ermənilər tərəfindən oğurlanaraq ona Erməni Apostol Kilsəsi tərəfindən “Xanaç jam” “yeni” adın verilməsi ilə bağlı faktiki olaraq ittihamdır.
Postun sonunda Rizvan Hüseynovun bu tarix ilə əlaqədar linki qeyd olunub.
Azərbaycan prezidenti İlham Əliyev 2020-ci il noyabrın 8-də Şuşa şəhərinin işğaldan azad edilməsi barədə elan edib. **
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət