Bakı, Ankara və Aşqabad iqtisadiyyatın müxtəlif sahələrində ortaq layihələrin həyata keçirilməsi ilə bağlı razılığa gəliblər. “İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu fevralın 23-də Ankarada azərbaycanlı və türkmənistanlı həmkarları Ceyhun Bayramov və Rəşid Meredov ilə keçirdiyi üçtərəfli görüşdən sonra deyib.
"Xüsusi əlaqələr üzərində qurulmuş münasibətlərimiz bu gün hərtərəfli tərəfdaşlığa çevrilib. 2014-cü ildə irəli sürdüyümüz bu üçtərəfli mexanizm regionun inkişafına və sabitliyinə əhəmiyyətli töhfə verib. Görüş zamanı nazirlər üç ölkə prezidentlərinin Türkmənistanda keçiriləcək üçtərəfli sammitinin yol xəritəsini müzakirə edərək müəyyənləşdiriblər", - deyə Çavuşoğlu bildirib.
O qeyd edib ki, nazirlər görüşdə gələcəklə bağlı vacib ideya və təkliflər səsləndiriblər.
Çavuşoğlunun sözlərinə görə, Türkiyə Ankaranın 2019-cu ildə irəli sürdüyü “Yenidən Asiya” təşəbbüsü çərçivəsində Azərbaycan və Türkmənistanla sıx əməkdaşlıq etməyə çalışır. Layihə Asiya ölkələri ilə müxtəlif sahələrdə əlaqələrin yaxşılaşdırılmasına yönəlib.
Türkiyəli nazir beynəlxalq arenada COVID-19 peyvəndinə görə “sərt rəqabət”ə də diqqət çəkib və vurğulayıb ki, Türkiyə, Azərbaycan və Türkmənistan pandemiyaya qarşı mübarizədə həmrəyliyi davam etdirəcək.
Bundan başqa, o bildirib ki, üç ölkə arasında nəqliyyat və energetika da daxil olmaqla, bütün sahələrdə əməkdaşlığın genişləndirilməsi davam etdiriləcək.
Öz növbəsində, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib ki, görüş çərçivəsində xarici işlər nazirləri ticarət, energetika, gömrük, nəqliyyat, təhlükəsizlik və kənd təsərrüfatı məsələləri ətrafında fikir mübadiləsi aparıblar.
O qeyd edib ki, Azərbaycan və Türkmənistan tərəfindən Xəzərdə “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı və işlənilməsi Türkiyənin və digər Avropa ölkələrinin enerji təhlükəsizliyinə müsbət töhfə verəcək.
Türkmənistan XİN başçısı isə üçtərəfli görüşü tarixi görüş adlandırıb, Türkiyə və Azərbaycanın Aşqabadın təşəbbüslərini beynəlxalq arenada həmişə dəstəklədiklərini bildirib. "Ümid edirik ki, bu, gələcəkdə də davam edəcək", - deyə o əlavə edib.
Meredov bildirib ki, artıq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu il Türkmənistana nəzərdə tutulan səfərinə hazırlıq işlərinə başlanılıb.
Beşinci üçtərəfli görüşün yekunları üzrə Türkiyə, Azərbaycan və Türkmənistanın xarici işlər nazirləri birgə Bəyannamə imzalayıblar. Sənəddə çoxtərəfli əməkdaşlıq imkanlarının genişləndirilməsi üçün üçtərəfli mexanizmin vacibliyi vurğulanıb.
Tərəflər ticarət-iqtisadi əməkdaşlığın möhkəmləndirilməsi, həmçinin investisiya və ticarətin təşviqi üçün mövcud potensialdan istifadə edilməsinin, energetika, nəqliyyat, kənd təsərrüfatı, turizm və ətraf mühit də daxil olmaqla, birgə layihə və proqramların həyata keçirilməsi ilə bağlı razılığa gəliblər.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət