Azərbaycanda, xüsusən də Qarabağın bərpasına dövlət və qeyri-dövlət sərmayələrin cəlbi dayanıqlı iqtisadi artıma əsas yaradır. Bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlıdeyib.
“İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində qurulan ekonometrik laboratoriyada aparılan təhlil onu göstərir ki, Qarabağda dövlət büdcəsi hesabına 2,2 milyard manatlıq sərmayə qoyuluşu potensial qeyri-neft ÜDM-ni artıracaq. Bu nəticə başa düşüləndir: yeni əsas fondlar – yol, elektrik, qaz və sair infrastruktur iqtisadiyyatın potensialını artırır. Amma bu potensialın real qeyri-neft ÜDM-ə təsiri daha vacibdir. Çünki dövlət xərcləmələri ÜDM-i artırdığı kimi, həm də xalis ixracı azaldır, daha doğrusu idxalı artırır və beləliklə, real ÜDM-ə təsir azalır”, - deyə V.Qasımlı “İnterfaks-Azərbaycan” agentliyinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, buna baxmayaraq, ekonometrik hesablamalar göstərir ki, real və nominal ÜDM arasında fərqi ifadə edən buraxılış kəsiri bu il mənfi zonadan çıxaraq sıfırlana bilər.
“Qarabağda dövlət sərmayələri katalizator rolunu oynayacaq və qeyri-dövlət sərmayə qoyuluşu üçün əsaslar yaradacaq. Artıq Türkiyə, İtaliya, Böyük Britaniya, Pakistan, İsrail kimi dövlətlərdən Qarabağın bərpasına sərmayə axını başlayır. Qarabağda dağ-mədən sənayesi, metallurgiya, yaradıcı sənaye, yeyinti sənayesi, trikotaj, turizm, aqrar və yaşıl enerji kimi sahələrin böyük inkişaf potensialı var. Qarabağ Dirçəliş Fondu qeyri-dövlət sərmayələrin cəlbində mühüm rol ala bilər”, - deyə icraçı direktor qeyd edib.
Vüsal Qasımlı ilə müsahibənin tam mətni www.interfax.az saytında dərc olunub.*
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət