Azərbaycan prezidenti İlham Əliyev bəyan edib ki, Bakı 2020-ci ilin payızında Qarabağda hərbi əməliyyatlar dövründə ölkəmizi əsassız tənqid edən ölkələrlə münasibətləri normallaşdırmağa hazırdır.
“Xarici siyasətlə bağlı kursumuz dəyişməz olaraq qalır. Müharibə dövründə və müharibədən sonrakı dövr bir də onu göstərdi ki, bu çox düzgün kurs idi. Müharibə dövründə (2020-ci ilin payızında Qarabağda - İF) bəzi ölkələr bizə qarşı müəyyən iradlar irəli sürdülər. (...) Artıq bu iradlar da yoxdur. Artıq bu əsassız ittihamlar da aradan qaldırılıb”, - Əliyev cümə günü Yeni Azərbaycan Partiyasının VII qurultayında bildirib.
Həmçinin, dövlət başçısı İkinci Qarabağ müharibəsi zamanı Azərbaycana qarşı əsassız ittihamlar irəli sürən ölkələrlə münasibətlərin normallaşması məsələsinə də toxunub.
“Hətta müharibə dövründə hesab edirəm ki, ədalətsiz mövqe sərgiləyən ölkələrlə də indi münasibətlər normallaşır. Yəni ki, onlar tərəfindən belə bir təklif irəli sürüldü, biz də bunu qəbul etdik”, - prezident deyib.
Əliyev əlavə edib ki, bir çox ölkələr Qarabağda bərpa işlərinə maraq göstərirlər. “Onları da biz dəvət etmişik”, - prezident bildirib. **
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət