Prezident İlham Əliyev Pakistan Günü münasibətilə Pakistan İslam Respublikasının Prezidenti Arif Alvini təbrik edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
“23 mart − Pakistan Günü münasibətilə Sizə və Sizin simanızda qardaş xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirirəm. Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasındakı əlaqələr ortaq tarixi, dini, mədəni köklərə malik qardaş xalqlarımızın iradəsindən qaynaqlanır. Belə möhkəm təməllər üzərində qurulmuş strateji tərəfdaşlıq münasibətlərimizin hazırkı yüksək səviyyəsi böyük məmnunluq doğurur”, - deyə təbrik məktubunda bildirilir.
“Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə bağlı Pakistanın nümayiş etdirdiyi qəti və birmənalı mövqe, haqq işimizə göstərdiyi tərəddüdsüz dəstək və həmrəylik xalqımız tərəfindən olduqca yüksək qiymətləndirilir. Mən Azərbaycan ilə Pakistan arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafına xüsusi əhəmiyyət verirəm. Əminəm ki, qarşılıqlı etimad, dəstək və həmrəyliyə əsaslanan dövlətlərarası münasibətlərimiz, həm ikitərəfli, həm də çoxtərəfli əsasda səmərəli əməkdaşlığımız birgə səylərimizlə bundan sonra da müvəffəqiyyətlə davam edəcək və genişlənəcəkdir”, - deyə təbrik məktubunda qeyd olunur.
Əliyev Alviyə cansağlığı, işlərində uğurlar, qardaş Pakistan xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıb.*
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət