Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan işğal edilmiş ərazilərin bərpasında Dünya Bankı ilə əməkdaşlığa güvənir.
“İşğaldan azad olunmuş ərazilərdə yeni imkanlar var. Orada infrastrukturun inkişafına böyük ehtiyac var. İnfrastruktur layihələri olmadan məcburi köçkünləri və qaçqınları qaytarmaq mümkün olmayacaq. Odur ki, biz bu məsələlərdə də Dünya Bankı ilə əməkdaşlığa güvənirik”, - deyə dövlət başçısı bu gün Dünya Bankının regional direktoru Sebastian Molineusu qəbul edərkən bildirib.
O, həmçinin DB ilə islahatların aparılması sahəsində də əməkdaşlığın davam etdirilməsinə tərəfdar olduğunu qeyd edib. “Biz “Doing Business” proqramında mövqeyimizi yaxşılaşdırmağımızla çox fəxr edirik. Biz 191 ölkə arasında 28-ci mövqedəyik. Bu, bizim üçün həqiqətən də mühüm nailiyyətdir. Lakin əlbəttə ki, biz islahatları davam etdirəcəyik və mən əminəm ki, görüşümüzdə biz bunu müzakirə edəcəyik”, - deyə prezident vurğulayıb.
İ.Əliyev qeyd edib ki, Dünya Bankı Azərbaycanda 47 layihənin maliyyələşdirilməsinə təxminən $4 milyard ayırıb, onların bəziləri hələ icra mərhələsindədir.*
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət