Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin (ADRA) İdarə Heyətinin sədrinin müavini Orxan Əliyev Caspian Energy Club-ın təşkil etdiyi ənənəvi “Online B2G Forum”da iştirak edib. Forum çərçivəsində aktual sual və təkliflər müzakirə olunub.
Bu barədə Caspian Energy Club-ın sədri və baş icraçı direktoru Telman Əliyev məlumat verib.
Tədbir Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Orxan Əliyev onlayn B2G forumda iş adamlarını narahat edən məsələlərə aydınlıq gətirib. Görüşdə əsasən açıq məkandakı reklamların qiymət siyasətinə, qanunvericiliyin iş adamlarına yaratdığı şəraitə toxunulub.
Orxan Əliyev eyni zamanda reklamların ölçmə mexanizmləri, onlara baxış sayını müəyyənləşdirən texnologiyaların tətbiqi üçün üçüncü tərəflərin təkliflərinə dövlət qurumunun açıq olduğunu vurğulayıb. Qeyd olunub ki, bir sıra innovativ texnoloji həlləri tətbiq edən Agentlik bu sahədə dünya təcrübəsini araşdırmaqda davam edir və artıq rəqəmsal reklamların stimullaşdırılması barədə təkliflər hökümətə təqdim olunub.
Daha sonra Orxan Əliyev “Online B2G Forum” iştirakçılarının təkliflərini dinləyib, suallarını cavablandırıb.
Caspian Energy Club-ın sədri və baş icraçı direktoru Telman Əliyev açıq və səmimi dialoqa görə Orxan Əliyevətəşəkkür edib. O, həmçinin qeyd edib ki, Caspian Energy Club-ın Kiçik və Orta Biznes üzrə Komitəsi nəznində ADRA ilə birgə ikitərəfli işçi qrupu fəaliyyət göstərir.
Qeyd edək ki, ikitərəfli işçi qrupu mütəmadi olaraq aktual sual, təklif və problemləri müzakirə etməyə və operativ cavablandırmağa imkan verir.
Sıralarında 50 ölkədən 5000-dən çox şirkət və təşkilatı birləşdirən Caspian Energy Club 2002-ci ilin iyununda yaradılıb. “Biznes-hökumət” dialoqunun fəal iştirakçısı olan Caspian Energy Club-ın əsas məqsədi Azərbaycanda və Caspian Energy Club-ın fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.
Biznes-netvorkinq üçün beynəlxalq platforma olan Caspian Energy Club mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. Mənzil-qərargahı Bakıda yerləşən Caspian Energy Club-ın Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, həmçinin dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət