Gürcüstan müharibədən sonrakı gərginliyin aradan qaldırılması üçün Azərbaycana və Ermənistana Tbilisidə danışıqlar platforması təklif edir. Bunu Gürcüstan prezidenti Salome Zurabişvili deyib.
“Bu təklif hər zaman qüvvədədir. Hamı yaxşı başa düşür ki, üç ölkədə istənilən münaqişə bütün bölgəyə ziyan vurur, buna görə də sülh və əməkdaşlığın alternativi yoxdur”, - deyə o, bu gün Ermənistan prezidenti Armen Sarkisyanla keçirdiyi birgə brifinqdə bildirib.
Zurabişvili erməni həmkarı ilə görüşdə Cənubi Qafqazın iqtisadi inkişaf perspektivlərini nəzərdən keçirdiyini söyləyib və qeyd edib ki, burada əsas rollardan birini Avropa İttifaqı oynamalıdır.
“Qafqaz regionunda irimiqyaslı iqtisadi layihələrin həyata keçirilməsi yalnız əsas oyunçu - Avropa İttifaqının digər maraqlı tərəflərlə birgə fəal iştirakı ilə mümkündür. Avropa İttifaqının münaqişənin tam həlli prosesinə qoşulması da vacibdir”, - deyə o vurğulayıb.
A.Sarkisyan Ermənistan tərəfinin Azərbaycanla münaqişəyə yanaşmasını Zurabişviliyə təqdim etdiyini bildirib.*
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət