Caspian Energy Club Polşadakı fəaliyyətini genişləndirmek məqsədilə “Caspian Energy Poland”-da pay iştirakını satışa çıxarıb. Bu barədə Caspian Energy Club-un sədri və baş icraçı direktoru Telman Əliyev məlumat verib.
Pay iştirakının satışı barədə təkliflər paketi çərçivəsində “Caspian Energy Poland” polyak və ingilis dillərində eyniadlı jurnal dərc etmək hüququn əldə edir. Eyni zamanda Caspian Energy TV, Caspian Energy Photo, Caspian Energy News, Caspian Energy Investor, Caspian Energy Jobs və Caspian Energy Info layihələrinə tam və ya qismən inteqrasiya nəzərdə tutulub.
“Caspian Energy Poland” Polşanın bir sira şəhərlərində ildə bir neçə dəfə beynəlxalq Caspian Energy Forum təşkil edəcək. “Caspian Energy Poland” həmçinin hər il Caspian Energy Award Poland, Caspian Business Award Poland və Brand Award Poland beynəlxalq mükafatlarının təqdimetmə mərasimlərini keçirəcək.
Bununla yanaşı, hər ay Polşanın fərqli regionlarında Xəzər-Qara dəniz və Baltik regionu ölkələrinin dövlət qurumlarının nümayəndələrinin və şirkət top-menecerlərinin B2G, B2B və B2С formatlarında müxtəlif tədbir və forumlar təşkil olunacaq. Business Tour layihəsi çərçivəsində sahibkarlar Polşanın müxtəlif region və müəssisələrinin investisiya imkanları ilə tanış olmaq və ora şəxsən baş çəkmək fürsəti əldə edəcəklər.
Caspian Energy beynəlxalq jurnalı 1999-cu il mayın 28-dən fəaliyyət göstərir və dünyanın 50 ölkəsində yayılır. Caspian Energy ticarət markası da dünyanın 50 ölkəsində qeydiyyatdan keçib.
20 il ərzində jurnalda dünyanın müxtəlif ölkələrinin prezident və baş nazirlərinin, həmçinin nüfuzlu beynəlxalq təşkilatların, nəhəng transmilli şirkətlərin rəhbərlərinin müsahibələri, aparıcı ekspertlərin icmal və analitik materialları dərc olunur. Müxtəlif qiymətləndirmələrə görə, Caspian Energy jurnalı Xəzər-Qara dəniz və Baltik regionlarının aparıcı nəşrləri beşliyinə daxil olub, həmin regionlarda fəaliyyətin müəyyən edilməsində əksər investorlar üçün istiqamətləndirici rol oynayır.
Sıralarında 50 ölkədən 5000-dən çox şirkət və təşkilatı birləşdirən “Caspian Energy Club” 2002-ci ilin iyununda yaradılıb. “Biznes-hökumət” dialoqunun fəal iştirakçısı olan “Caspian Energy Club”un əsas məqsədi Azərbaycanda və Klubun fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.
Biznes-netvorkinq üçün beynəlxalq platforma olan “Caspian Energy Club” mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. “Caspian Energy Club”un mənzil-qərargahı Bakı şəhərində yerləşir. Klubun Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, həmçinin dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
AccessBank Əmlakın qiymətləndirməsi üzrə tender elan edir
Azpetrol şirkəti Laçın rayonunda Modul tipli YDM istifadəyə verdi
AccessBank QSC PAM (privileged account monitoring tool) alışı üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət