ATƏT-in Minsk qrupunda böhranın olduğu aydındır, çünki Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə fəaliyyəti müvəffəqiyyətsizliyə uğrayıb, lakin qrupu reanimasiya etmək cəhdləri davam edəcək. Rusiyanın Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov belə hesab edir.
“Minsk qrupunu reanimasiya etmək cəhdləri davam edəcək, çünki o, çox nüfuzlu beynəlxalq təşkilatı ATƏT-i təmsil edir, və çünki Qərb ölkələri ilə münaqişədə olan Rusiya Qarabağ ətrafında Azərbaycanla Ermənistan arasında münaqişənin həlli üzrə səylərinə beynəlxalq dəstək almaq istərdi”, - Markov “Region plus” jurnalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, bu gün Minsk qrupunun üzvlərinin Qarabağadair əldə olunan razılıqların dəstəklənməsinə dair passiv bəyanatlar səslənir və Fransa və ABŞ tərəfindən həmin razılıqları gizli və yarıaçıq pozmaq cəhdləri mövcuddur. “Fransa və ABŞ rəhbərlikləri erməni lobbisinin böyük təsiri altındadırlar və bir çox mənada erməniyönümlü mövqeyi reallaşdırırlar. Bu səbəbdən, onlar 10 noyabr tarixli razılıqları Ermənistanın xeyrinə təkrar oynamaq istərdilər. Bundan başqa, bu məsələdə Rusiyanın fəal rolu nə ABŞ, nə də Fransanın xoşuna gəlmir. Onlar hər yerdə, həmçinin, Ermənistanla Azərbaycan arasında münaqişənin həllində Rusiyanın rolunu azaltmaq istərdilər”, - politoloq qeyd edir.
Markov əlavə edib ki, ATƏT-in Minsk qrupunda böhranın olduğu tam aydındır. “Onun fəaliyyəti müvəffəqiyyətsizliyə uğrayıb və hərbi əməliyyatların bərpasına gətirib. ATƏT-in Minsk qrupunun həmsədrləri destruktivlik möcüzələri nümayiş etdirdilər, əslində, diplomatiya dərsliklərində Fransanın Minsk qrupundakı rolunu diplomatik sabotaj kimi qələmə vermək olar. Düşünürəm ki, Fransanı həmsədrlərin sırasından çıxarılması ilə bağlı təklifi tamamilə əsaslıdır. Ümumilikdə, Minsk qrupunun tam tərkibdə toplanması və yeni həmsədlər seçməsi ideyası ağıllı və məntiqə uyğundur. Əgər həmsədrlər arasında Fransa varsa, o zaman Türkiyənin də olması məntiqlidir. Əgər Azərbaycanın birbaşa müttəfiqi kimi Türkiyə bura daxil edilməsə, onda Ermənistanın birbaşa müttəfiqi kimi Fransanın da çıxarılması məntiqə uyğundur”, - o vurğulayıb.
Bununla əlaqədar politoloq özündə Azərbaycan, Ermənistan, Gürcüstan, həmçinin bu region ətrafındakı böyük dövlətlərin – Rusiya, Türkiyə və İranın daxil olduğu altıtərəfli formatın qurulmasına başlanmasını vacib hesab edir. “Bu çox perspektivlidir. Xüsusilə ona görə ki, bütün bu ölkələrin həm xarici siyasi,həm də iqtisadi əməkdaşlığa ümumi marağı var”, - Markov hesab edir. **
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət